Azərbaycan İdeyası

Azərbaycanda yeni medal təsis olundu – FOTO

Tarix:13-01-2017, 12:14
Baxış Sayı:576

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Azərbaycanda yeni medal təsis olundu – FOTORespublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Korrupsiya və Qanun saytınn məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif edilirlər.
Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Qalınlığı 3 mm, guşələrinin ən uzaq nöqtələri arasındakı məsafə 36 mm-dir.
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamədə göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı