Azərbaycan İdeyası

“Dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”

Tarix:18-01-2017, 15:31
Baxış Sayı:420

  “Dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”

Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb.
Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikir bildirib. Dövlət başçısı deyib ki, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz: “Bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək kredit qarşılığında Azərbaycana təzyiq göstərməyə və öz tələblərini təmin etməyə çalışmışlar. Heç bir kənar qüvvə Azərbaycanı istəmədiyi layihəyə cəlb edə bilməz. Azərbaycan iqtidarı üçün əsas dövlətin, xalqın maraqlarıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirilmişdir. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır”.
Politoloq Ramiz Alıyev bildirdi ki, son dövrlərdə dünyada yaranmış, daha dəqiq desək, yaradılmış iqtisadi böhranı fürsət bilib bir çox ölkələrə iqtisadi və siyasi təzyiqlər etməyə çalışırlar: “İqtisadiyyatı zəif olan dövlətlər bu təzyiqlərə tab gətirmir və həmin hegemon dövlətlərin "vassalına" çevrilərək onların "məsləhət" gördükləri layihələrə qoşulur və ölkədə onların diktə etdiyi şəkildə "islahatlar" aparırlar. Ancaq əlbəttə ki, Azərbaycan kimi iqtisadiyyatı davamlı olan, dövlət idarəsi xalq tərəfindən seçilən və dəstəklənən ölkələrə bu cür təzyiqlər edilməsi mənasız olardı. Bütün bunları həmin hegemon güclər, bilir, onları bu məsələyə təhrik edən, dünyanı iqtisadi böhrana sürükləyən beynəlxalq iqtisadi güclər olan fondlar da bilir”.
Ramiz Alıyev qeyd etdi ki, Prezident İlham Əliyev xalq tərəfindən seçilən və xalq tərəfindən də dəstəklənən bir liderdir: “Azərbaycan rəhbərliyi balanslaşdırılmış siyasət yürüdür və heç bir dövlətin daxili işinə qarışmadan, digərlərinin də bizim daxili işimizə qarışmasına imkan vermir. Azərbaycanın dünyanın tranzit nəqliyyatının mərkəzinə çevrilməsi, dünyanı birləşdirən dəmir yolu xəttinin ideya müəllifi məhz Azərbaycan Prezidenti İlham Əliyev olması bütün dünya liderlərinə və dünyanın iqtisadi güclərinə bir mesajdır. Azərbaycan dövlətinin dünyada dövlətlərin sağlam şəkildə əlaqə yaratmasına, iqtisadi əlaqələrin güclənməsinə, birlikdə böyük uğurlara çatmasında xüsusi xidməti var. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dünya iqtisadiyyatına böyük müsbət dəyişiklik gətirəcək, yeni bir iqtisadi dönüş yaradacaq layihə kimi dünyanın diqqətindədir. Eyni zamanda "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri gələcəkdə dünya ölkələr üçün böyük iqtisadi layihələrə çevriləcək və dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib