Azərbaycan İdeyası

Uşaqlarıı ilə İŞİD-ə qoşulan qadınla bağlı araşdırma başladı

Tarix:30-10-2015, 15:24
Baxış Sayı:375

Dövlət Sərhəd Xidməti İŞİD-ə qoşularaq iki qızı ilə birlikdə Azərbaycan ərazisini qanunsuz şəkildə tərk etmiş qadınla bağlı yayımlanan yazıya reaksiya verib.
"Korrupsiya və Qanun" qəzetinin aznews.az-a istinadən xəbərinə görə, qurumun İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı Pənah Musayev bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılacaq. Onun sözlərinə görə, Suriyaya gedən ana və qızlarının ölkəni tərk etməsi faktı təsdiqlənərsə, o zaman buna yol vermiş şəxslər məsuliyyətə cəlb ediləcək: “Ailəsinin ölkəni tərk edərək, Suriyaya getdiyini iddia edən vətəndaş İlqar Yusifovla əlaqə saxlanılacaq, əgər həqiqətən də dedikləri doğrudursa, o zaman araşdırma başladılacaq. İlk növbədə araşdırma aparılmalı, hadisəyə hüquqi qiymət verilməlidir. Ola bilər ki, həmin videolar Suriya ərazisindən deyil, başqa ölkənin, elə Azərbaycanın ərazisindən çəkilib və göndərilib. Bəlkə ailə heç Azərbaycanı tərk etməyib?”
P. Musayev onu da əlavə edib ki, qurum bu kimi halların baş verməməsi üçün korrupsiya ilə mübarizə aparır: “Biz korrupsiya hallarına yol vermiş əməkdaşlarımızla bağlı araşdırma aparırıq. Yol verdiyi qanun pozuntusu təsdiqini taparsa həmin şəxs məsuliyyətə cəlb edilir”.
İlqar Yusifov isə bildirib ki, hazırda Dövlət Sərhəd Xidmətinə gedir. O, bu dəqiqələrdə quruma çağırıldığını və məsələ ilə bağlı ətraflı məlumat verməsi üçün quruma yollandığını bildirib.
Qeyd edək ki, Bakı sakini İlqar Yusifov ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanənin, qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı