Azərbaycan İdeyası

Azərbaycan yenidən ATƏT-ə müraciət etdi: "Seçkilərə ekspert göndərin"

Tarix:30-10-2015, 15:39
Baxış Sayı:363

“Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi DTİHB direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə qeyri-konstruktiv qərarını qəbuledilməz hesab edir.”
"Korrupsiya v Qanun" qəzetinin məlumatına istinadən APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması ilə bağlı yaydığı bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, DTİHB tərəfindən göstərilən bu yanaşmaya baxmayaraq, Azərbaycan nümayəndə heyəti seçkilərə qədər bu məsələnin həllini tapacağına dair ümidini ifadə edib: “Ötən həftə DTİHB ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, DTİHB Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi. Bizim DTİHB-lə münasibətlərimiz həmişə konstruktiv olub. Direktor Linkin müşahidə missiyası göndərməmək qərarı verməsindən sonra biz Daimi Şuranı proses barədə məlumatlandırmışıq və büronu məsləhətləşmələr aparmağa dəvət etmişik”.
Bəyanatda o da vurğulanır ki, DTİHB öz öhdəliklərini icra etmədiyi halda, Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi DTİHB-nin aktuallığını yenidən nəzərdən keçirəcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı