Azərbaycan İdeyası

"Azercell" çökür

Tarix:3-11-2015, 10:14
Baxış Sayı:374

Azercell-in Balakən, Zaqatala, Qax və Şəkidə olan müştəriləri rabitə əlaqəsindən məhrum olublar.
Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub.
Şəki, Zaqatala, Balakən və Qaxda təqribən axşam 17 radələrindən bu operatorun xidmətindən istifadə qeyri-mümkün olub. Nəticədə istifadəçilər mobil əlaqə saxlamaq imkanından məhrum olublar. Şəkidə apardığımız sorğu zamanı da sakinlər məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.
Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub. Azersell-in Koorporativ Ünsiyyət Şöbəsinin rəhbəri Nigar Şixlinskayanın "Kanal S"ə verdiyi açıqlamaya əsasən, optik kabeldə qırılma olub. Mexaniki zədə baş verib və buna görə də bir neçə saat ərzində bu operatorun xidmətindən istifadə mümkünsüz olub. Şirkət rəsmisinin sözlərinə görə, məsələ ilə əlaqədar mütəxəssislər cəlb olunub və yaranan problemin həlli istiqamətində iş aparılır.
Qeyd edək ki, oxşar problem bundan əvvəllər də bir neçə dəfə qeydə alınıb. Hər halda, bu halın dəfələrlə təkrarlanması və geniş miqyas alması məsələnin ciddiliyindən xəbər verir. Kanal S ( Region TV )

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı