Azərbaycan İdeyası

2 mindən çox müəllimin maaşı artacaq

Tarix:5-11-2015, 11:06
Baxış Sayı:503

Müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllimlərin 63%-i yüksək nəticə göstərib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinin ilkin təhlili aparılıb. Qiymətləndirmədə iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib:
“Ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. Təqdirəlayiq haldır ki, Qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub”.
Qeyd edək ki, Bakı şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi oktyabrın 29-dan 31-dək keçirilib. İmtahana təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunublar. Ümumilikdə, qiymətləndirilmədə 2400-dən çox müəllim iştirak edib. Bu ilin sonuna qədər respublikanın daha 12 şəhər və rayonunda diaqnostik qiymətləndirmə keçiriləcək. Növbəti ildən isə qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı