Azərbaycan İdeyası

Azərbaycan gilası Nigeriyaya ixrac edildi - Foto

Tarix:9-07-2019, 17:45
Baxış Sayı:222

KORRUPSİYA-Q.AZ
Azərbaycan gilası Nigeriyaya ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Unikal.org-a bildirilib ki, Dövlət Aqrar Ticarət Şirkəti fəaliyyət prinsiplərinə uyğun olaraq, kiçik və orta fermer təsərrüfatı sahibləri ilə əməkdaşlıq edir, məhsulların satışını və ixracını həyata keçirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalara uyğun olaraq, qeyri-ənənəvi satış bazarlarına yönələn şirkət artıq Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyaya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir.

Bu günlərdə Nigeriyaya növbəti belə bir ixrac əməliyyatı baş tutub. Belə ki, şirkətə müraciət edən Xaçmaz rayonunun Manafoba kənd sakini Cabir Ağcabəyovun öz pay torpağında yetişdirdiyi “Napoleon” sortu gilas məhsulu Nigeriyaya ixrac olunub, məhsulun ödənişi isə ona "Fermer kartı" vasitəsilə edilib.

Nigeriyaya ixrac edilən Azərbaycan gilası artıq paytaxt Abucanın marketlərində satışa çıxarılıb və yerli əhali tərəfindən maraqla qarşılanıb.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova ixrac əməliyyatlarının davamlı olacağını bildirib: “Şirkətimizin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində fəaliyyət məqsədlərimizə uyğun olaraq, kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərmiş, onlar üçün yeni satış kanalları yaratmaqla bərabər, məhsulların qablaşdırılmasını həyata keçirmişik. Eyni zamanda, Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı ilə məşğul olmuşuq, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar axtarışındayıq və bu fəaliyyətimiz uğurla davam edir. Hazırda Dövlət Aqrar Ticarət Şirkəti olaraq Ukrayna, Rusiya, Gürcüstan, Nigeriya, Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixracını həyata keçiririk. Zaman keçdikcə ixrac etdiyimiz məhsulların həcmi və çeşidi, eyni zamanda, ixrac olunan ölkələrin sayı artmaqda davam edir. Azərbaycan kənd təsərrüfatı məhsullarına xarici ölkələrdə maraq böyükdür, çünki bizim məhsulların dadı və keyfiyyəti digərlərindən üstündür”.

“Fermerlər öz məhsullarını rahat şəkildə satmaq, eyni zamanda, qablaşdırma, logistika, ixrac məsələlərində kömək üçün Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edib, şirkətin dəstəyindən yararlana bilərlər”, – deyə o vurğulayıb.

Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək göstərmək, bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdir. Bu məqsədlə şirkət mütəmadi olaraq "Kənddən şəhərə" satış yarmarkalarını təşkil edir, paytaxtın Nizami küçəsi, 154B ünvanında eyniadlı satış mərkəzi də fəaliyyət göstərir. Satış mərkəzində kiçik və orta fermer təsərrüfatlarında yetişdirilmiş kənd məhsullarının, eləcə də yerli qida istehsalçılarının məhsullarının satışı həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı