Azərbaycan İdeyası

Yağıntılar Xaçmazın gilas bağlarında məhsulun 80 faizini məhv edib

Tarix:11-06-2016, 17:57
Baxış Sayı:736

Son günlər ölkə ərazində güclü yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti şimal bölgəsində bir sıra təsərrüfatlara ziyan vurub. APA TV-nin yerli bürosunun məlumatına görə, Xaçmaz rayonunun gilas bağlarında məhsulun 70-80 faizi məhv olub.
Təsərrüfat sahibləri yağışın təsirindən çatlayan meyvədə artıq çürümə prosesinin baş verdiyini bildirir. Bu isə gilasın heç emal müəssisələri tərəfindən də alınmayacağı deməkdir. Çünki çatlayan meyvədən hər hansı məhsul əldə etmək qeyri-mümkündür.

Yergüc kənd sakini İdris İdrisovun sözlərinə görə, yağıntılar ona on minlərlə manat ziyan vurub: "Çox ziyan dəyib. Yağan yağışlar ağ və qara gilası demək olar ki bərbad vəziyyətə qoyub. Gilas yararsız haldadır. Heç bir yer almır, heç zavoda da yaramır. 25-30 min məbləğində ziyan dəyib. Meyvə yaxşı idi bu il, amma yağış pis günə qoydu".

Kənd sakini Rəşad Cəbrayılovun sözlərinə görə, meyvə tamamilə məhv olub: Bizim yetişdirdiyimiz məhsulun keyfiyyəti son həddə gəlib çatıb. Qış mövsümündə güclü preparatlarla əmələ gələn və yığılmalı olan meyvə məhv olub. Bu məhsulu biz Rusiya və yaxud Bakıya göndəririk ki, mənfəət əldə edək. Bu mənfəətin üstündə müxtəlif xərclər dayanır. 80 faiz əhalinin güzarı bu gilasın üstündədir. Biz bu meyvəni heç 20 qəpiyə də sata bilmirik. Çünki zay məhsuldur. 500 manatdan 100 000 manatadək ziyan dəyən var. Xahiş edirəm əhaliyə kömək eləsinlər. Bu məhsulu əhalidən təhvil alsınlar".

Xatırladaq ki, gilas bağları sığortalanmadığından fermerlərə kompensasiya ödənməsi də mümkün deyil.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI