Azərbaycan İdeyası

Bakıda qadın küçədə can verdi- VİDEO

Tarix:11-07-2019, 16:00
Baxış Sayı:142

KORRUPSİYA-Q.AZ

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org BAKU.WS-ə istinadən xəbər verir ki, bu gecə saat 23 radələrində Əmircan qəsəbəsində bazarın yaxınlığında naməlum avtomobil 60 yaşında bir qadını vurub.

Sürücü hadisədən sonra piyadanı can üstə qoyaraq qaçıb.

Hadisə şahidləri dərhal təcili yardıma zəng vurublar. Bildirilir ki, təcili yardım həkimləri çağırışdan 40 dəqiqə sonra hadisə yerinə gəliblər.

Həmin vaxta qədər vurulan qadın ağrılar içində yerdə qalıb. Sonradan həkimlər piyadanı ağır vəziyyətdə xəstəxanaya aparıblar. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq qadın vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı