Azərbaycan İdeyası

Məhkəmədən prezidentə ŞİKAYƏT

Tarix:11-07-2019, 14:39
Baxış Sayı:121




Vətəndaş Sakin Abdulhüseyin oğlu Ağayev Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanovun fəaliyyətinən ölkə başçısına şikayət edib.

Modern.az-ın məlumatına görə, şikayət ərizəsində vətəndaş məhkəməni bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, qanunları pozmaqla ittiham edib.

Şikayəti aşağıda olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Hörmətli Möhtərəm Prezident!
Nəzərinizə çatdırıramki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İbrahimov Fikrət Vəli oğlu adlı bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, aidiyat prinsipini pozmaqla iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017 - ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı Qətnamə qəbul etmişdir (Yalnız iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanmış, mən və ailə üzvlərimin heç birinə aidiyyatı olmayan və bizim tərəfimizdən imzalanmayan, iş materiallarından götürülmüş saxta «müqavilənin» sürəti əlavə olunur).

Baxmayaraqki, bütün bu qanunsuzluqları və saxtakarlıqları təstiq edən sübutlar ortadadır və həmin faktlar kütləvi informasiya vasitələrində də yayımlanmışdır, kimlərinsə tapşırığı ilə bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnaməyuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılmışdır. Bu haqqsızlıqlardan xəbər tutan Azərbaycanın 35 tanınmış ziyalısı 12 iyun 2019-cu il tarixdə müraciət edərək məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına gətirilmiş bu faciə barəsində Sizi məlumatlandıraraq bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş etmişlər (müraciətin surəti əlavə olunur). Lakin, təəssüf hissi ilə qeyd etmək istəyirəmki, bəhs etdiyimiz müraciətdən bir ay keçməsinə baxmayaraq, bu qanunsuzluqlar hələdə aradan qaldırılmamışdır.

Əlacsızlıq ucbatından mən həmin qətnamədən Avropa Məhkəməsinə şikayət vermək məcburiyyətində qalmışam. Lakin bu biabırşı qətnamənin Avropa Məhkəməsində müzakirəsinə qədər Ali Məhkəmənin Plenumuna çıxarilıb baxılması və ədalətli qərar qəbul edilməsi mümkündür!

Əlavə olaraq mən 21.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edərək, məhkəməni aldatdığına və saxta sənəd təqdim etdiyinə görə İbrahimov Fikrət Vəli oğlu və bilə-bilə ədalətsiz qətnamə çıxarmış Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu barəsində cinayət işinin başlanması üçün şikayət ərizəsi vermişəm (şikayət ərizəsinin surəti əlavə olunur). Lakin, əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində hələdə heç bir tədbir görülməmişdir.

Hörmətli Möhtərəm Prezident!

Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Bir fırıldaqçının sifarişi ilə məhkəmə orqanları məni özümə qəsd etmək həddinə çatdırıblar. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən bu işi Ali Məhkəmənin Plenumuna çıxarilıb qanuna uyğun şəkildə baxılması və ədalətli qərar qəbul edilməsi, bu iş üzrə əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində cinayət işinin başlanılması məsələlərini nəzarətə götürməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm.

Ailəmizin ümüdü Sizədir, Möhtərəm Prezident!

Hörmət və ehtiramla,

Ağayev Sakin Abdulhüseyin oğlu,

10 iyul 2019-cu il

Əlaqə telefonu: 012 490 29 13, mob. 050 213 13 04.

Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.

OXŞAR XƏBƏRLƏR
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
16.01.2026 - Bakıda şaxta olacaq
16.01.2026 - Bakıda şaxta olacaq
Dünən xeyli silah-sursat aşkarlanıb
Dünən xeyli silah-sursat aşkarlanıb
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər