Azərbaycan İdeyası

Çovdarova qarşı məhkəmə qərarı ÇIXARILDI

Tarix:7-04-2017, 13:15
Baxış Sayı:740


 Çovdarova qarşı məhkəmə qərarı ÇIXARILDI

Həbsdə olan MTN generalı Akif Çovdarovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası üzrə ilkin qərardan verdiyi apellyasiya şikayəti üzrə proses yekunlaşıb.
A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.
İşə ilkin instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və qərara əsasən iş üzrə icraat dayandırılıb.
A.Çovdarov bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə baxılıb və sonuncu iclasda qərar elan olunub. İlk instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı