Azərbaycan İdeyası

Xan çinarın budaqları niyə qırılıb? - SƏBƏB

Tarix:15-07-2019, 12:00
Baxış Sayı:169

KORRUPSİYA-Q.AZ

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsinin ilkin səbəbi məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə report-a Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verib.

T.Abdullayeva bildirib ki, ağacın iri budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: "Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb".

Qoruq direktorunun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Respublika Baş Prokurorluğunun əməkdaşları ərazidə araşdırma aparırlar: "Ağacın 500-ə yaxın yaşı var. Ona görə də iki böyük budağın qırılıb düşməsinin səbəbi araşdırılır. Ağacdan və ərazidən nümünələr götürülüb və laboratoriya şəraitində analizlər aparılır. Təbii ki, əsas səbəblər araşdırmanın yekun rəyindən sonra bilinəcək. Bəlkə ağaca qurd düşüb, bəlkə yaşının çoxluğundan hər hansı çürümə baş verib. Onu biz deyə bilmərik".

T.Abdullayeva əlavə edib ki, ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı