Azərbaycan İdeyası

"Erkən nikah bu bölgə üçün xarakterik deyil" — Zaqatalanın deputatı

Tarix:1-08-2019, 15:53
Baxış Sayı:181



Zaqatala rayonundan seşilmiş deputat Kamilə Əliyeva Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın nişan günündən bir gün öncə intihar etməsinə münasibət bildirib.
Kamilə Əliyeva "Ölkə.Az"-a deyib ki, baş verən intihar hadisəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və araşdırmaıın yekunu olaraq məlumat veriləcək. “Biz hələ intihar hadisənin hansı səbəbdən baş verməsini bilmirik. O özünə niyə qəsd edib? Burada bəlkə başqa səbəb var? Yəni bu, hüquq-mühafizə orqanlarının işidir və onlar bunun səbəblərini araşdıraraq təqsirkarın kim olduğunu ortaya çıxaracaq”- millət vəkili K.Əliyeva bildirib.
Gənc qızların intihar hadisəsinə gəldikdə isə deputat bildirib ki, gənc qızların, orta mətkəbin yuxarı sınıflərində oxuyan şagirdlərinin nikah yaşından tez nişanlanması və ərə verilməsi nəticədə belə acı sonluqlara gətirib çıxarır. Qanunvericiliyə görə, 18 yaşdan tez nikaha girmək qanunsuz sayılır. Qanun işlək olsa da, biz belə halların şahidi oluruq. Bu göstərir ki, heç də bütün məsələləri qanunla tənzimləmək mümkün deyil. Burada ciddi maarifləndirmə işlərinə ehtiyac var”- o qeyd edib.
Deputat əlavə edib ki, valideynlərin övladlarını təhsildən yayındıraraq vaxtından tez, lap gənc yaşlarında məcburən ərə vermələri sonda belə acı nəticələrə gətirib çıxarır:
“Təbii ki, dediklərim Zaqatalada baş verən hadisəyə aid olmasa da, ümumlikdə bu belədir. Zaqataladakı hadisənin səbələri bəlli olduqdan sonra fikir bildirmək olar. Yəni deməyim odur ki, bəzən valideynlər belə hərəkətləri ilə öz övladlarının acı taleyinin yaşamasına səbəb olurlar”.
K.Əliyeva bildirib ki,Zaqatala inkişaf etmiş bir bölgədir və burada erkən nigah hallarına çox təsadüf hallarda rast gəlinir.
“Erkən nikah bu bölgə üçün xarakterik deyil. Barmaqla sayılası hal olsa da, yenə də belə hallara rast gəlinir”.
O deyib ki, Ailə, qadın və uşaq məsələləri üzrə Dövvlət Komitəsi respublikanın müxtəlif bölgələrində olduğu kimi Zaqatalada da çoxsaylı maarifləndirmə işləri aparır: “Amma bu elə məsələdir ki, heç də bütün ailələrin iş işinə müdaxilə etmək olmur. Nəticə isə acı sonluqla bitir”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik