Azərbaycan İdeyası

Bürclər - 6 avqust

Tarix:6-08-2019, 10:00
Baxış Sayı:164

KORRUPSİYA-Q.AZ
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Buğa - şəxsi həyatınızdakı problemləri həll etməmiş yeni məqsədlərə can atmayın. Cəhdlərinizin effektivlik səviyyəsi aşağıdır. Peşəkar fəaliyyət müstəvisində işləri təftiş edin, vəziyyəti dəyərləndirin. Yolda ləngimələr və təxirəsalmalar yarana bilər.

Günün ikinci yarısı problemlərin həlli üçün əlverişli deyil. Səhiyyə, təhsil, daşınmaz əmlak sahələrində ləübəli zamandır.

Qarışıq situasiyada tələsik qərar verməyin. Müdrik olun.

Əkizlər - hadisələrin ritmini siz diqtə etmirsiniz. Çalışdığınız təşkilatda qaydaları pozmayın. Əməkdaşlıq etdiyiniz şəxslə təmaslarda diqqətli olun. Müzakirələr, yeni tərəfdaşlığın nəzərdən keçirilməsi üçün münasib zamandır.

Günün ikinci yarısında sualınıza cavab almağınız bir qədər ləngiyəcək. Kömhövsələlik etməyin, səbrli davranın. Mübahisəli məqamlarda soyuqqanlı olun. Daimi tərəfdaşlardan biri sizdə şübhələr yarada bilər. Nəticələrlə və mülahizələrlə tələsməyin.

Müşküllərin əksəriyyəti müvəqqətidir.

Xərçəng - bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisiniz.

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir - günün ilk yarısından etibarən dürüst taktika seçin. Olayları tələsdirməyin, hadisələrə süni təkan verməyin. Realist olsanız, şəraitdən maksimum dərəcədə yararlana bilərsiniz. İdealist olmayın, bəzi illüziyalar və xəyallarla vidalaşın.

Günün ikinci yarısında təfərrüatlarına yaxşı bələd olmadığınız sifarişi qəbul etməyin. Vəziyyətə ən müxtəlif amillər təsir edir. Sizi tərk etmək istəyəni saxlamayın, gözə dəyməyini aramayın. Belə insanlardan uzaq olsanız, yaxşıdır.

Axşam saatlarını sevdiyiniz insanla keçirməyə can atın.

Qız - bədbinliyə qapılmayın, fəal olun. Tənhalığa can atmayın. Səhhətinizlə problemlər yaratmayın. Tonusunuzun qeydinə qalın.

Ailə üzvlərinin problemlərini qulaqardına vurmayın. Dəyər verdiyiniz insanları diqqətlə dinləyin. Yeni fəaliyyət sahəsinin özülünü möhkəmləndirin. Əks təqdirdə illüziyalar aləminə qapılaraq ciddi səhvlərə yol verə bilərsiniz.

Günün ikinci yarısında yaşam arealındakı maneələrdən yan keçərək məqsədə doğru irəliləyin. Tapşırılan işə peşəkar yanaşın. Daşınmaz əmlak, biznes, karyera ilə bağlı təşəbbüslər üçün əlverişli zaman deyil.

Tərəzi - günün ilk yarısında dəqiq hesablarınıza rəğmən işlərdə müəyyən axsamalar və problemlər yarana bilər. Olayların zahiri görüntülərinə aldanmayın, izharların əsiri olmayın. Görüşlərin təxirə salınması, gecikmələr, təxirəsalmalar istisna deyil.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur