Azərbaycan İdeyası

BMCQMBİ QƏZETƏ IKI GÜNDƏ IKI FƏRQLI CAVAB MƏKTUBU YAZDI - POLIS PULLU IŞLƏRIN ARAŞDIRILMASINDA OPERATIVLIYI ARTIRIB?

Tarix:27-09-2019, 15:41
Baxış Sayı:481




General-polkovnik Vilayət Eyvazov dövlət başçısının 2019-cu il 20 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə irəli çəkiləndən sonra daxili işlər orqanlarının vətəndaşların müraciətlərinə daha həssas yanaşdıqları müşahidə olunur. Bu tendensiyanı DİO strukturlarının KİV-in sorğularına verdikləri cavabların operativliyinin artması da təsdiqləyir. Operativlik hətta o qədər artıb ki, media polisdən bir cavab istəyəndə polis ona fərqli məzmunda iki cavab məktubu yollayır. Özü də göndərişlərin arası 1-2 gün çəkməklə.
İndi isə təfərrüatlara keçək: "Korrupsiya və Qanun" qəzeti 09 iyul 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinə 0503 saylı məktub yollamışdı. Həmin məktuba DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 29 iyul 2019-cu il tarixli 007-7155-1219 saylı ilk cavabında bildirilir ki, müraciətimizdə qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılması üçün ərazi aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Birinci məktubda həmçinin vəd olunur ki, nəticə barədə redaksiyaya məlumat veriləcəkdir.
Nəticə isə bir günə hasil olub. BMCMİ 31 iyul 2019-cu il tarixdə 007-7233-1219 saylı ikinci məktubu ilə redaksiyamıza belə cavab yazıb:"...Müraciətinizdə göstərilən məsələ mülki xarakterli olduğundan və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə ixcraaatı qaydasında məhkəmələr tərəfindən baxılmalı olmasını nəzərə alaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ sizə izah olunur".
Belə çıxır ki, Abşeron rayon Polis İdarəsi çox operativ şəkildə və olduqca qısa zaman kəsiyində işin bütün xüsusatlarını tam, obyektiv və hərtərəfli araşdırıb, nəticə barədə BMCMİ-nə rəsmi cavab verib, BMCMİ də öz növbəsində təcili surətdə redaksiyanı məlumatlandırıb. Və bütün bunlara cəmi 2-3 gün bəs eləyib.
Müşahidəli oxucu asanlıqla sezə bilər ki, burada bir sıra qaranlıq məqamlar mövcuddur. Ən əvvəl bir məqama diqqət yetirək ki, redaksiyaya ikinci cavabı BMCQMİ özü deyil, Abşeron RPİ verməliydi. İkincisi, Abşeron RPİ işin araşdırılmasını tutaq ki, iyul ayının 30-da yekunlaşdırıbsa, demək ayın 29-da yekunlaşdırmaq üzrə olub. BMCQMİ-nin məsul şəxsləri redaksiyaya göndərmək itədikləri birinci məktubu hazırlamazdan öncə Abşeron RPİ-yə bircə zəng vurmaqla işin yekunlaşma mərhələsində olduğunu öyrənə bilərdilər və iki gün də gözləyib bizə birdəfəlik yekun nəticəni əks etdirən cavab verə bilərdilər. Biz də dözərdik. Məktub göndərdiyimiz iyulun 9-dan ilk cavabı aldığımız iyulun 29-na kimi dözmüşdüksə, daha iki gün də səbr edərdik. Deməli, BMCQMİ bizə ikinci cavabı verməyə - "ay jurnalistlər, biz öz işimizi görüb qurtardıq, bizdən əl çəkin, daha bizim adımızı hallandırmayın" deməyə tələsib. Tələsib ki, daha işin polisə aidiyyəti olmadığı xəbərini bizə mümkün qədər tez çatdırsın. Niyə tələsib, iki günün içində görən nə baş verib? Hacıleylək dimdiyində gətirib polisə nə verib?..
Bu sualların cavabını tapmaq üçün əvvəlcə gəlin araşdırılan işi xatırlayaq. Bəri başdan deyək ki, araşdırılan iş necə deyərlər, "pullu iş"dir. Qiymətli daşınan əmlak sayılan avtomobil söhbətidir. Üç nəfər bir-birinə dost-qohum şəxslərin bir nəfər başqasını aldadaraq avtomobil satmaq adı ilə əlindən pulunu alıb mənimsəmələrindən gedir. Salyan rayonunun Qarabağlı kəndində yaşayan vətəndaş Elmir Rahil oğlu Əzizov redaksiyamıza ərizə ilə müraciəti əsasında qəzetimizn 23 iyun 2019-cu il tarixli sayca 03(72)-ci nəşrində "Ata və oğul maşın alverçiləri dələduzluq ediblər" sərlövhəli məqalə dərc etmişdik. Elmir Əzizov bildirmişdi ki, 21 noyabr 2018-ci il tarixdə Əlixanov Elman İdris oğlunun vasitəçiliyi ilə ikincinin dostu - maşın alverçisi Əliyev Bəxtiyar Məzahir oğlunun yaşadığı Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki evinə gedib, Bəxtiyarla və atası Məzahir Əliyevlə görüşərək almaq istədiyi avtomobilin məsələsini müzakirə ediblər. Sonra da "ASAN Xidmət" Mərkəzinin Yasamal rayonundakı filialına gediblər. Bəxtiyar Elmirdən onun ümumvətəndaşlıq pasportunu və etibarnamə götürüb, avtomobilin xarici ölkədəki qiyməti məbləğdə pul istəyib, 14 min manat alıb deyib ki, pulun qalan hissəsini, 13 min manatı avtomobili gətirəndən sonra ödəyər. O vaxtdan Bəxtiyar Elmirdən gizlənir, atası Məzahir kişçi də bir neçə dəfə Elmiri aldadaraq Bəxtiyarın xaricdə olduğunu deyib, Bakıya gəlib-getdiyini gizlədib.
Ehtimal böyük idi ki, Bəxtiyar və Məzahir Əliyervlər Elman Əlixanov kimi vasitəçilərin əli ilə mütəşəkkil qaydada dələduzluq yolu ilə daha çox vətəndaşın etibarından sui-istifadə edib pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vurublar. O üzdən məqaləmizdə ehtiva olunan məsələnin araşdırılması üçün DİN-nə müraciət etdik
Xatırladaq ki, daxili işlər naziri, çox hörmətli Vilayət Eyvazov 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir. Deməli, cənab nazir BMCQMİ-nin işini, o cümlədən kargüzarlıq qaydalarını da çox gözəl bilir. İdarəyə rəhbərlik etdiyi dönəmdə öz praktikasında belə bir hala rast gəlibmi?



Müəllif: Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası