Azərbaycan İdeyası

“ŞÜCAƏTƏ GÖRƏ” MEDALI HƏRBI PILOT RƏŞAD ATAKIŞIYEVIN AILƏSINƏ TƏQDIM OLUNUB

Tarix:29-12-2019, 14:32
Baxış Sayı:126

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə nazirliyin rəhbərliyi adından təbrik edən R.Tahirov bildirib ki, R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı dekabrın 28-də bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.
Medalı təqdim etdikdən sonra general-leytenant R.Tahirov hərbi pilotun ailəsinin qayğıları ilə maraqlanıb və bayram hədiyyələrini təqdim edib.
R.Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“ŞÜCAƏTƏ GÖRƏ” MEDALI HƏRBI PILOT RƏŞAD ATAKIŞIYEVIN AILƏSINƏ TƏQDIM OLUNUB

“ŞÜCAƏTƏ GÖRƏ” MEDALI HƏRBI PILOT RƏŞAD ATAKIŞIYEVIN AILƏSINƏ TƏQDIM OLUNUB

“ŞÜCAƏTƏ GÖRƏ” MEDALI HƏRBI PILOT RƏŞAD ATAKIŞIYEVIN AILƏSINƏ TƏQDIM OLUNUB

“ŞÜCAƏTƏ GÖRƏ” MEDALI HƏRBI PILOT RƏŞAD ATAKIŞIYEVIN AILƏSINƏ TƏQDIM OLUNUB

“ŞÜCAƏTƏ GÖRƏ” MEDALI HƏRBI PILOT RƏŞAD ATAKIŞIYEVIN AILƏSINƏ TƏQDIM OLUNUB

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar

Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"

Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video

Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"

Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı