Azərbaycan İdeyası

Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb

Tarix:1-08-2025, 08:49
Baxış Sayı:30


İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.

Bu barədə AEM məlumat yayıb.

Məlumata əsasən, dərman vasitələrindən biri "Para-Denk 125 Suppos" ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsi, digəri isə "Para-Denk 250 Suppos" ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsidir.

Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə "C" (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib.

Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.

Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq