Azərbaycan İdeyası

“QAÇQINKOM” TƏNBƏLLIK EDIR - PROBLEMLI VƏTƏNDAŞLARA TƏKRAR-TƏKRAR GÖNDƏRILƏN EYNI MƏZMUNLU MƏKTUBLARDA HEÇ OLMASA XIRDA DƏYIŞIKLIKLƏR DƏ EDILMIR

Tarix:25-02-2020, 09:54
Baxış Sayı:156

Dövlətimizin qaçqın və məcburi köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu zümrədən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Buna baxmayaraq, yerlərdə bəzi məmurların cəmiyyətin bu həssas kateqoriyasının nümayəndələrinə etinasız, laqeyd, biganə münasibət sərgiləməsi, hətta bəzi hallarda problemlərini dərinləşdirmələri, onları müvəqqəti məskunlaşdıqları evlərin sahibləri ilə üz-üzə qoymaları acı təəssüf doğurur.
Belə neqativ hallarla üzləşmiş vətəndaşlardan biri – Hüseynova Qızxanım Şamil qızının şikayəti əsasında hələ “Korrupsiya və Qanun” qəzetinin 21 sentyabr 2018-ci il tarixli 06(68)-ci nəşrində 2-ci səhifəsində “Siçanlarla, siçovullarla birgə yaşayıram – Köçkünün zəbt etdiyi mənzilin sahibi çətin durumda” sərlövhəli məqalə dərc olunmuşdu. Redaksiya olaraq həmin məqalənin dərc olunduğu qəzetin nüsxələrini müşayiətedici məktublarla aidiyyati quruma – Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə göndərmişdik. Məktubda inam ifadə etmişdik ki, məqalədə ehtiva olunan məsələlərə biganə yanaşılmayacaq və problemin həllinə dair qərar qəbul ediləcək. Amma...
Xatırladaq ki, Bakı şəhəri, İNZ. BİNA, Ə.Salamzadə küçəsində qeydiyyatda olan, hal-hazırda Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 12-də yaşayan Hüseynova Qızxanım Şamil qızı 1975-ci ilin may ayından Elektron Hesablama Maşınları zavodunda işləmiş, 1980-cı ildən isə mənzil uçotunda olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Sahəsinin Uçotu və Bölünməsi İdarəsinin 17/240 saylı, 1993-cü il 30 iyul məktubuna əsasən, Yeni Yasamal, ev 14 mənzil 117 ünvanda yerləşən mənzil ona ayrılmışdır. 1994- cü il 29 aprel tarixli 68 nömrəli protokola əsasən ona adı çəkilən evə dair order verilməsi üçün Nizami İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Qarabağın işğalı ilə bağlı qaçqın probemi yarandığından, həmin evdə məskunlaşa bilməmişdir. Belə ki, əşyalarını toplayıb evə köçməyi əsnasında ona ayrılmış mənzildə qaçqınlar məskunlaşdığından, əşyalarıyla birlikdə kirayə qaldığı evə qayıtmaq məcburiyyətində qalmışdır. Nəhayət, 14 ildən sonra evləri olacaq deyə gözləntiləri həyat yoldaşının çoxlu stress və əsəb keçirməsiylə, nəticədə infakt keçirərək dünyasını dəyişməsi ilə nəticələnmişdir. Üç övladıyla tək qalan Q.Hüseynova kömək məqsədi ilə bir çox dövlət orqanlarına müraciət etmiş, lakin laqeyd münasibətlə rastlaşmışdır. Yazırdı ki, hətta qəribə səslənsə də, Bakı şəhər İcra Hakimiyyətində məsxərə ilə ona “get özünü as” da deyilib.
Hal-hazırda xəstədir, məhz evsizlik, şəraitsizlik, ailə başçısını itirməyi onun bu cür acınacaqlı hala düşməyinə səbəb olub. Qeyd edirdi ki, rəfiqəsinin evində məskunlaşıb. Əslən bakılı olmasına baxmayaq, doğma Bakıda kimsəsiz halını almışdır: “Evsizlik, şəraitsizlk sabah gün övladlarım üçün utanc olmasın deyə onları evləndirməyə utanıram. Bugünkü gündə mənə ayrılmış ev olduğu halda rəfiqəmin evinə sığınmışam. Bundan öncəki illərdə siçanlarla, siçovullarla yaşamışam, bir sözlə, acınacaqlı həyat tərzi keçirirəm”.
Qızxanım Hüseynovanın problemi təkcə o deyildi ki, evində məskunlaşmış məcburi köçkün bu neçə il ərzində həyata keçirilən Dövlət Proqramlarından yararlana bilməyib. Daha bir problemi odur ki, vaxtilə Bakı Elektron-hesablayıcı Maşınları Zavodundan mənzil növbəsinə duran Q.Hüseynovaya Nizami rayon İcra Hakimiyyəti order də verməyib. Əsas da onu göstərib ki, zəbt olunmuş mənzillərə order vermək qeyri-mümkündür. Həmin mənzil 1993-cü ildə Bakı ŞİH tərəfindən BEMZ-ə ayrılmış 4 mənzildən biridir və Yeni Yasamal - 1 yaşayış massivi ev 14, mənzil 157 ünvanda yerləşir. Zavoddan verilmiş mənzl-uçot sənədlərini Nizami RİH geri qaytarıb. Q.Hüseynovanın Nizami RİH-nə qarşı mənzilə order verilməsi tələbi ilə Nizmi rayon məhkəməsinə verdiyi iddia ərizəsini də məhkəmə geri qaytarıb - iddiaçının poçt ünvanını təsdiq edən sənəd yoxmuş!.. Mənzilin yerləşdiyi Yasamal rayonunun İcra Hakimiyyəti də order verməkdən imtina edib - Q.Hüseynovanın işləmiş olduğu müəssisə Yasamal ərazisində deyil.
Amma məsələ qəzetimizdə ictimailəşəndən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Q.Hüseynovanın probleminin həlli istiqamətində heç bir tədbir görülməyib.
İndi isə aidiyati qurumdan redaksiyamıza göndərdikləri mücərrəd cavab məktublarından söz açaq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsindən redaksiyamıza göndərilmiş 30.10.2018-ci il tarixli 02/1553 saylı birinci və 08.11.2018-ci il tarixli 02/1604 saylı eyni məzmunlu ikinci məktublarda bildirilmişdir ki, Bakı və Sumqayıt şəhərləri ərazisində ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam qəzalı olmasına dair rəy verilmiş qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulmuş və həmin proses mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda qeyd olunmuşdur ki, başqalarına məxsus evlərdə məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Komitə tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə araşdırmalar aparılır və bu məsələ yaxın vaxtlarda öz hüquqi həllini tapacaqdır, müvafiq qərar qəbul edildikdən sonra Q.Hüseynovaya məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunacaq və mənzil sahibinə təhvil veriləcəkdir.
Belə çıxır ki, Q.Hüseynovanın probleminin bir səbəbi də ona məxsus mənzilin orada məskunlaşmış köçkünün yaşayışı üçün yararlı vəziyyətdə olmasıdır (?!) Bundan əlavə, Komitənin aidiyyati dövlət qurumları ilə birlikdə apardığı araşdırma da bir il dörd aydır ki, yekunlaşmayıb. Ən çox təəssüf doğuran hal budur ki, Komitə mənsubları Q.Hüseynovanın problemi ilə bağlı məktublarımıza yazdığı cavab məktublarının məzmununu eyni saxlamaq şərtilə cümlələrini də dəyişməyə lüzum görmür, hazır abzasları nüsxələyir. Bu da təbii ki, nəzərdən qaça bilməz. Ümid edək ki, 2020-ci ildə aidiyyati qurum Q.Hüseynovaya heç olmasa bir az fərqli məktub yazacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO