Azərbaycan İdeyası

"Qaçqınkom"un bəhs etdiyi "yaxın vaxtlar"ın hələ heç üfüqləri də görünmür

Tarix:14-12-2018, 12:21
Baxış Sayı:274



Bakı şəhəri, Ə.Salamzadə küçəsi, İnzibati Binada qeydiyyatda olan, hal-hazırda Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 12-də yaşayan Hüseynova Qızxanım Şamil qızı tərəfindən redaksiyamıza göndərilən ərizə və ona əlavə edilmiş materillar əsasında hazırlanmış "Siçanlarla, siçovullarla birgə yaşayıram" sərlövhəli, "Köçkünün zəbt etdiyi mənzilin sahibi çətin durumda" yarımbaşlıqlı məqalə qəzetimizin 21 sentyabr 2018-ci il tarixli 06 (68) - ci sayında dərc olunduqdan və münasibət bildirilməsi xahişini ehtiva edən müşayiətedici məktubla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndəriləndən sonra Komitədən 30 oktyabr 2018-ci il tarixli cavab məktubu alınmışdır.
Məktubda bildirlir ki, Bakı və Sumqayıt şəhərləri ərazisində ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam qəzalı olmasına dair rəy verilmiş qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulmuş və həmin proses mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda qeyd olunmuşdur ki, hazırda başqalarına məxsus evlərdə məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aidiyyəti dövlət orqanları ilə birlikdə araşdırmalar aparır və bu məsələ yaxın vaxtlarda öz hüquqi həllini tapacaqdır. Müvafiq qərar qəbul edildikdən sonra məktubda adı qeyd olunan Hüseynova Qızxanım Şamil qızına məxsus mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunacaq və mənzil sahibinə təhvil veriləcəkdir.
Məsələ burasındadır ki, şikayətçi Hüseynova Qızxanım Şamil qızı özü qaçqın və ya məcburi köçkün statusuna malik deyildir. Bu nöqteyi-nəzərdən, onun hazırda yaşadığı rəfiqəsinə məxsus evin qəzalı vəziyyətdə olduğuna dair nə vaxtsa rəy verilsə də belə, ona qaçqın və məcburi köçkün kimi ev verilməyəcək. Çünki onun özünəməxsus, qaytarmaq istədiyi, köçkün tərəfindən zəbt olunmuş mənzili qəzalı vəziyyətdə deyildir. İkincisi, Komitə mənsubunun məktubda qeyd etdiyi kimi, mənzilləri qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunmuş vətəndaşların məsələsinin həll olunacağını vəd etdiyi "yaxın vaxtlar" qeyri-müəyyəndir.
Xatırladaq ki, Qızxanım Hüseynovanın daha bir problemi vaxtilə Bakı Elektron-Hesablayıcı Maşınları Zavodundan mənzil növbəsinə durmasına baxmayaraq, Nizami rayon İcra Hakimiyyəti order də verməyib. Əsas da onu göstərib ki, zəbt olunmuş mənzillərə order vermək qeyri-mümkündür. Həmin mənzil 1993-cü ildə Bakı ŞİH tərəfindən BEMZ-ə ayrılmş 4 mənzildən biridir və Yeni Yasamal - 1 yaşayış massivi ev 14, mənzil 157 ünvanda yerləşir. Zavoddan verilmiş mənzil-uçot sənədlərini Nizami RİH geri qaytarıb. Q.Hüseynovanın Nizami RİH-nə qarşı mənzilə order verilməsi tələbi ilə Nizami rayon məhkəməsinə verdiyi iddia ərizəsini də məhkəmə geri qaytarıb - iddiaçının poçt ünvanını təsdiq edən sənəd yoxmuş!.. Mənzilin yerləşdiyi Yasamal rayonunun İcra Hakimiyyəti də order verməkdən imtina edib - Q.Hüseynovanın işləmiş olduğu müəssisə Yasamal ərazisində deyil.
Qızxanım Hüseynova yazır ki, mənzilinin onlara veriləcəyini gözləməkdən stress xəstəliyinə düşən həyat yoldaşı infarktdan dünyasını dəyişib. Sual olunur: Hüseynovlar ailəsi gözlərinin kökünü saraldan, ürəklərinə çat salan o "yaxın vaxtlar"ın yetişəcəyi günədək daha hansı qurbanlar verməlidir, siçanlarla, siçovullarla nə vaxtadək çarpışmalıdır? Ola bilməzmi ki, Hüseynovların heç olmasa ümidlərini təzələmək üçün istisna olaraq onlara mənzil orderi verilsin?

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq