Azərbaycan İdeyası

YASAMALDA SÜDƏMƏR UŞAQLI KÖÇKÜN AİLƏSİ AHƏSTƏ ÖLÜMƏ MƏHKUM OLUNUB

Tarix:14-09-2018, 15:17
Baxış Sayı:1 583

Azərbaycanda dövlətin qaçqın və məcbiri köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu kateqoriyadan olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Bununla belə yerlərdə bəzi məmurların cəmiyyətin bu həssas zümrəsinin nümayəndələrinə etinasız, laqeyd, biganə münasibət sərgiləməsi, hətta bəzi hallarda problemlərini dərinləşdirmələri təəssüf doğurur.
"Korrupsiya və qanun" qəzetinin 29 iyun 2018-ci il tarixli sayca 04 (66)-cü nəşrində 2-ci səhifədə vətəndaş Şəmiyev Emin Asif oğlunun şikayəti əsasında "Yasamalda məcburi köçkünü məskunlaşdığı yerdən küçəyə qovmaq istəyirlər" sərlövhəli məqalə dərc etmişdik. Problemin həllinə mümkün qədər tez nail olunması ümidilə qəzetin nüsxəsini müşayiətedici məktubla Prezident Administrasiyasına - Birinci Ünvana göndərmişdik.
Şikayətçinin dövlət başçısına ünvanladığı 06 iyul 2018-ci il tarixli 21/1846 saylı məktubunu, eləcə də 09 iyul 2017-ci il tarixli ərizəsini özünəməxsus tərzdə "araşdıran" "Azərişıq" ASC 25 iyul 2018-ci il tarixli 07/YX-1537 saylı məktubu ilə ona cavab vermişdir. Eminin təklifi ilə məktubla tanış olarkən, ilk diqqətimizi cəlb edən məsələ südəmər uşaqlı Şəmiyevlər ailəsinin məskunlaşdıqları ünvanın səhvən "Yasamal rayonu, 5 Yasamal (X.Q.Mustafayev), ev 241, m C" kimi göstərilməsi oldu. Bundan əlavə, "Azərişıq" ASC vaxtilə Şəmiyevləri aldadaraq pullarını alıb arxayın salmış İlham adlı işçisinin ümumiyyətlə, heç vaxt ştatda olmadığını bildirmişdir: "...Sizdən pulu alan şəxs bizə məlum deyil. Sizin mənzilinizdə qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə edildiyi üçün əməkdaşlarımız tərəfindən 16.02.2018-ci il tarixdə 092335 saylı akt tərtib edilmişdir və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 462, 27 manat hesabat verilmiş, tərəfimizdən elektrik enerjisi dayandırılmışdır. Sizin müraciətinizə əsasən maddi vəziyyətinizi nəzərə alaraq sizinlə hissə-hissə ödəmə razılaşdırma protokolu bağlanmışdır. Buna baxmayaraq siz dəfələrlə razılaşma protokolunu pozmusunuz. Bu səbəbdən razılaşma protokolu ləğv edilib. Sizin 05.07.2018-ci il tarixə elektrik enerjisinə görə debitor borcunuz 412, 27 manat təşkil edir. Borc realdır və tərəfinizdən ödənilməlidir".
Məktubdan göründüyü kimi, Şəmiyev 16.02.2018-ci il tarixdən 05.07.2018-ci il tarixədək həm o müddət ərzində istehlak etdiyi enerjinin pulunu ödəmiş, həm də üstünə yazılmış borc məbləğindən 50 (əlli) manat azaltmışdır ki, bu da onun razılaşma protokoluna əməl etməməsini deyil, əksinə, əməl etdiyini təsdiqləyir. Çünki "hissə-hissə ödəmə" dedikdə, həmin o ödəniləcək "hissə"nin məhz hər dəfə 50 manat və ya başqa məbləğdə olacağı, ödənişlər arasındakı vaxtın nə qədər çəkəcəyi razılaşdırılmayıb. Belə çıxır, "Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi ödəniləcək hissələrin həcmini və vaxtını necə təyin etmək ixtiyarını özündə saxlayıb. Daha bunun harası razılaşma oldu?
Bundan başqa, 462, 27 manat borcun sayğac göstəricisi olmadan necə müəyyənləşdirildiyi də, bu məsələdə köçkünlük imtiyazının nəzərə alınıb-alınmadığı da qaranlıq qalmışdır. Bu mövzuda qələmə aldığımız əvvəlki yazıda qeyd etdiyimiz kimi, Şəmiyev həyətyanı sahəsində məskunlaşdığı məktəbə verilən elektrik enerjisindən sayğacsız istifadə etmişdir.
Gerçəklik bundan ibarətdir ki, XXI əsrdə, Azərbaycan kimi enerji ixracatçısı olan ölkədə körpə uşaqlı köçkün ailə qazsız, elektriksiz ahəstə əzablı həyat yaşamaqdadır. Mingəçevir ES-da qəza baş verəndə ən çox təəssüf doğuran hal doğum evlərində, perinatal mərkəzlərdə oksigen qalpaq altında olan yeni doğulmuş körpələrin acı aqibəti oldu. Bəs elə isə südəmər körpənin taleyi niyə məmurların vicdanını titrətmir?
"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?