Azərbaycan İdeyası

SABİRABADDA TORPAQ ÇƏKİŞMƏSİ – ORQANLARIN VERDİKLƏRİ “ÜST-ÜSTƏ DÜŞMƏYƏN” RƏLƏR QONŞULAR ARASINDA NİFAQ SALIB

Tarix:25-02-2020, 09:52
Baxış Sayı:259

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən ,hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqlan naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edir və hüquqların pozulması nəticəsində onlara deyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Sabirabad rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(056) – 65/2018 nömrəli qətnaməsi də məhz yuxarıda sadalanan qanunlara istinadla yekunlaşır. Amma nə azıq ki, bu “istinadlar” həqiqətə, ədalətə xidmət etmir, “qatığa qara demək” üçün istifadə olunub.
Sabirabad şəhəri, M.ibrahimov küçəsi – 17 ünvanda yaşayan Quliyeva Roza Əlimusa qızı ərizə ilə redaksiyamıza müraciət edərək mülkiyyətinə qəsd olunduğunu, lakin qanunla qorunan mənafeyinin hüquq-mühafizə və məhkəmə tərəfindən müdafiə edilmədiyini bildirmişdir:
Hörmətli redaksiya, məlum edirəm ki, Sabirabad şəhər XDS - nin 02 saylı 30.01.1989-cu il tarixli qərarı ilə mənim həyat yoldaşım Quliyev Şahin Fərzulla oğlunun adına Sabirabad şəhəri, Şəhriyar küçəsi ünvanda təyinatlı həyətyani torpaq sahəsi kimi 0.17 ha torpaq sahəsi verilmiş, torpaq sahəsinin sənədləri müəyyən edilməklə DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən mənə məxsus olan torpaq sahəsinin şəhərin baş planına uyğun sxematik planı hazırlanmışdır. Mənə məxsus olan, sözügedən torpaq sahəsi mənim tərəfimdən beton hasarlarla əhatələnmiş, torpaq sahəsinin XDS-nin 02 saylı 30.01.1989-cu il tarixli qərarına uyğun plan ölçüsü sənədləri hazırlanmış, hüquqi rəsmiləşdirilmiş şəxs kimi mənə DƏDRX-nin tərəfindən seriya RXO 772710 nömrəli 05.12.2015-ci il tarixli reyestrdən çıxarış verilmişdir.
Onu da qeyd edirəm ki, 2015-ci ildə qonşu tərəfindən zəbt olunmuş torpaq sahəm mənə geri qaytarıldı. Qaytarılqdan sonra əvvəlki vəziyyətinə salınmağına mənə söz verdilər və reyestr xidmətindən çıxarış almaq üçün rüsumu ödədim. Mənim Mirağa Ağayevlə ölçdürdüyüm yerdən çıxarış düzgün verilməmişdir. Öz bildikləri yerdən qonşunun xeyrinə çıxarış vermişdilər. Mən imza etmədən Etibar müəllimdən çxarışı alıb ordan çıxdım. O vaxtdan indiyə kimi məhkəmələrin yolunda qalmışam. Məni nə polis eşidir, nə prokurorluq, nə də İcra Hakimiyyətinin başçısı. Saysız-hesabsız şikayət ərizələrim əlimdə qalıb. Hər həftə Prezident Aparatının qəbullarında oluram. Buna baxmayaraq, heç bir nəticə əldə etməmişəm. Prezident Aparatında qəbulda olduqdan sonra İcra hakimiyyətinin başçısı Siraqəddin zəng edib məni qəbula çağırdı. Və ətrafındakı əməkdaşların yanında mənə bu cür ifadə işlətdi: - "Bura bax, sən ölümündən qorxmursan? Bəs sənin ərin hardadır?" Mən isə cavabında bildirdim ki: “- Öldürtdürəcəksizsə, öldürün. Mən qorxmuram”.
Azərbaycan Respublikasının Konstitusiyasının aşağıdakı maddələrinə əsasən: 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 33.1. Hər kəsin mənzil toxunulmazlığı vardır. Lakin əslində mən mülkiyyətimdə olan beton hasarla əhatə olunmuş torpaq sahəmə baxış keçirən zaman, torpaq sahəsinin beton hasarlarının şəhərin Şəhriyar küçəsinə tərəf olan hissəsinin Sabirabad şəhər sakini "Sabirabad-market" adlı ticarət obyektinin sahibkarı Cəsarət Həsənov tərəfindən qanunsuz olaraq söküldüyünün və mənə məxsus olan həyətyanı torpaq sahəmin 0,04ha hissəsini qanunsuz zəbt edərək öz həyətyanı torpaq sahəsinə əlavə etməklə hasarladığının şahidi oldum. Torpaq sahəmə tərəfimdən qoyulmuş iki böyük, bir kiçik dəmir darvazalarımın oğurlandığının, yurdumun içərisində olan 2000 manatlıq materiallarının yox olduğunun, 1500 manatlıq şifer və almaturların oğurlandığının şahidi oldum. Həmin vaxt RPŞ-nin rəisi cənab Mübariz Quliyevə şikayət etdim. Həmin vaxt sözügedən yurduma icra nümayəndələri, polis məmurları, şəhər sovetliyinin nümayəndələri yığılıb H.Cəsarətin özbaşına, qanunsuz, quldurcasma zabt etdiyi mənim yurdumda çəkdirdiyi hasarı sökdürdülər, dəyən zərərin həll olunacağını bildirdilər. Lakin 08.08.2017-ci ildə təkrarən Cəsarət H. mənim yurdumu zəbt etdi, hasar çəkdiini gördüm. Həmin gün RPŞ-nə şikayət etdim. Hadisə yerinə polis sahə müvəkkili Rahim Şəkərəmov gəldi. Sahə rəisinin gözləri qabağında Həsənov Cəsarətin oğlu Ağaşəfi Həsənov mənim hasarımdan sökdüü dəmir turbanı götürüb mənim üstümə hücum elədi. Məni ölümlə hədələyib, nalayiq söyüşlərlə təhqir etdi. RPŞ-nə rəsmi şikayət etsəm də, Cəsarət Həsənov hansısa yolla öz qanunsuz əməllərinin üstünü ört-basdır etməyi bacardı. Həmin vaxtdan 2 il keçməsinə baxmayaraq, bu günə kimi qanuni tədbir görülməmişdir. Əksinə, polis məmurları yurduma getməyi mənə qadağan ediblər. 11.07.2019-cu İldə Şirvan şəhərindən gəlmiş yer quruluşu planı ölçülən vaxt A. Həsənov anası Səlahət Əmlələ qızı ilə birlikdə nalayiq söyüşlərlə təhqir edib mənə hücum etdilər. Oğluna – “tez ol, çağır polisləri, onu qandallayıb aparsınlar! Buna kim icazə verib, bura gəlib?” – deən anası Səlahəti, “Səni öz əllərımlə öldürəcəm” deyib, mənə hücum edən Həsənovu layihə işçiləri Mirağa Ağayev və Vəli Əliyev uzaqlaşdırdılar...”
Şikayətçi bildirir ki, Həsənovlar onu iki dəfə də şərləyib məhkəməyə veriblər: “1-ci dəfə: 16 yanvar 2018-ci il tarixdə saat l7.00 radələrində Cəsarət Həsənovun sözü ilə məni qonşusu Seyidnisə evinə çağırtdırmışdı. 2-ci dəfə 12 aprel 2018-ci ildə Həsənov Cəsarət maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məni şərləyib məhkəməyə verdi. 900 manat hasara 230 manat alətlərə, 175 manat müalicəyə, 50.000 manat təhqirə görə məndən pul almaq istəyirdi. Məhkəmə tərəfindən bu iddiası da yalan, əsassız olduğundan rədd edildi. Mənim kontsitusion hüquqlarımı pozan, dəfələrlə məni şərləyən Cəsarət Həsənov haqqında qanun tərəfdarları heç bir tədbir görmədilər. Sabirabad şəhər sakini, “Sabirabad-market” ticarət mərkəzinin sahibkarı Cəsarət Həsənov öz milyonlarına arxayın olaraq, qanunsuzcasına mənim mülkiyyətimə soxulmaqla, 13 saylı Şirvan LTL-dən saxta rəy alıb, məhkəməyə təqdim etməklə və məhkəmə hakimləri ilə danışıqlara getməklə saxta, qanunsuz qətnamə çıxartdırmaqla mənin konistitusyon hüquqlarımı pozmuşdur. 11.07.2019-cu ildə l3saylı Şirvan LTL-dən verilən rəydə onun 0,06 ha zəbt torpağı aşkarlanmışdır. 30.01.1989- cu ildə TDXK-nın Sabirabad rayon şəbəsi tərəfindən mənə məxsus olan torpaq sahəsinin şəhərin baş planına uyğun sxematik planda Cəsarət Həsənovun 0,06 ha zəbt torpaq olması göstərilmişdir. Onun mülkiyyətində 4.34 ha torpa sahəsi göstərilmişdir”.
Şikaətçi sxematik planın nüsxəsini, arxiv sənədinin nüsxəsini, zəbt məhv olunan yurdunun foto-şəkillərini də ərizəsinə qoşma edərək redaksiyaya göndərmişdir.
İndi isə qayıdaq məqalənin başında haqqında söz açdığımız məhkəmə qətnaməsinə. Məhkəmə iclasında “müəyyən edilib” ki, mübahisə predmeti olan torpaq sahəsinin sərhədləri aydınlaşarkən Həsənov Cəsarət Ağaşəfi oğluna verilmiş 0,06 hektar torpaq sahəsinin sərhədləri Quliyev Şahin Fərzulla oğlunun adına verilmiş torpaq sahəsinin 0,06 hektarı ilə “üst-üstə düşmür”. “Mütəxəssis rəyi” ilə müəyyən edilib ki, iddiaçı Quliyev Şahın Fərzulla oğlunun adma işlənilmiş çıxarışa əsasən 0.06 ha torpaq sahəsinin 172 kv.ın ümumi istifadədə olan zinə kollektoruna aid olan hissənin üzərində işlənilmişdir. Lakin iddiaçı Quliyev Şahin Fərzulla oğluna ayrılmış torpaq sahəsi naturada, gediş-gəliş yolu ilə zinə kollektoru arasında olan sahədə nəzərdə tutulmuşdur və bu da “sxematik planda” əks olunmuşdur. Bununla da İddiaçı Quliyev Şahin Fərzulla oğlunun cavabdeh Həsənov Cəsarət Ağaşəfi oğluna qarşı «Öz başına tutulmuş torpaq sahəsinin geri qaytarılması, qanunsuz çəkilmiş hasarın cavabdehin hesabıbna sökülməsi və torpaq sahəsinə onun tərəfindən qoyulmuş darvazanın cavabdeh tərəfindən qaytarılaraq onun hesabına bərpa edilməsi və vurulmuş 2000 manat maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası “əsassız” olduğundan təmin edilməmişdir.
Maraqlıdır, rəy vermiş hansı mütəxəssislər doğruçudur, hansı çıxarışlar həqiqidir, hansı iddialar əsaslıdır, hansı dəlillər daha mötəbərdir? Bu suallara məqaləmizdə ehtiva olunan məsələlər barədə aidiyyati strukturlardan alacağımız cavablardan sonra adınlıq gətirməyə çalışacağıq. Bəlkə şikayətçi Quliyevlər onlara dəyən maddi və mənəvi ziyana görə məhz vaxtilə onları aldatmış dövlət və hökumət strukturlarına qarşı tələb irəli sürməlidirlər? [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb