Azərbaycan İdeyası

NARKOMAN QARDAŞ BACISINI ATA YURDUNDAN BAYIRA ATIB

Tarix:24-09-2020, 14:06
Baxış Sayı:1 357

Bakı şəhəri, Əmircan qəs., H.Bayramov küç, ev 5-də qeydiyyatda olan vətəndaş Yunusova Zemfira Əli Yusif qızı “Korrupsiya və Qanun" ictimai-siyasi hüquq qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyd etdiyi ünvan onun baba yurdu olsa da, iki ildir ailə üzvüylə birgə həmin evdən çölə atılmışdır. Ərizəçinin sözlərinə görə, məhkəmə icra məmuru Rəşad Dövlətov onun narkoman qardaşı Seyfullayev Əliseyran Əliyusif oğlu ilə sövdələşərək onları qeyri-qanuni olaraq evdən çıxarıblar. Bunu edərkən, ona və həyat yoldaşına xəsarət də yetiriblər.
Ərizəsində döyülən vaxt düşdüyü vəziyyəti, aldığı xəsarətin izlərini əks etdirən fotoşəkilləri də əlavə edən şikayətçinin verdiyi məlumata görə, təcili yardım maşını onu və ərini xəstəxanaya çatdırıb: “31-ci Polis Bölməsindən mayor Araz Osmanov gəldi və məni ekspertizaya apardı. Müayinə etdikdən sonra polis dedi ki, “bu işi törədənlərə iş düşür”, biz çölə çıxdıqdan sonra isə polis ekspertiza həkiminə dedi ki, “yüngül xəsarət yaz”. Hüquq - mühafizə orqanları heç bir tədbir görmədilər. 2018-ci ildən bu günə qədər Z.Qaralova, R.Usubova, Suraxanı Rayon prokurorluğuna, Suraxanı Rayon Polis İdarəsinə teleqramlar vurub məktublar ünvanlasam da, heç bir nəticə olmayıb. Eyni məzmunlu cavab gəldi: "Cinayət tərkibli iş yoxdur”.
Z.Yunusova haqlı olaraq sual verir ki, görəsən, ağsaqqal və ağbirçək adamların üzdə olan döyülmə faktı, ona məxsus olan evindən daş - qalaq edilərək qovulmağı, evindəki qab-qacaqların oğurlanması cinayət tərkibli iş deyil, bəs nədir (?!)
Zemfira xanım hesab edir ki, onun qardaşı Əliseyran, yaxın dostu Samir və məhkəmə icra məmuru Rəşad ən azı cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: “Rəşad bizə dedi ki, mənim arxam güclüdür, mən də Əliseyranın da, Samirin də arxasında durmuşam. Bu zaman Əliseyran mənə yaxınlaşıb dedi ki, həmin “sənin ananı necə öldürmüşəmsə, səni də elə öldürəcəm”. O vaxtı da anamı o qədər döymüşdü ki, bədəni qap-qara olmuşdu. O vaxtı da 31-ci Polis Bölməsi Əliseyrana heç nə eləmədi, anamı döyə-döyə öldürdü. Bu, cinayət deyilmi?!”
Oxucu sual edə bilər: Nəyə görə Zemfira Yunusovaya inanmalıyıq?
Əvvəla, Z.Yunusovanın qeydlərində diqqətəlayiq bir məqam da vardır - Əliseyran təkcə anasına, bacısına deyil, başqalarına münasibətdə də qəddar olmuşdur ki, bu da onun ya psixoloji pozuntusu olduğu, ya da həqiqətən də narkotik vasitələrin təsiri altında olaraq əməl törətməsi ilə izah olunur: “Qardaşım öz ailə üzvlərini çölə ataraq, neçə illər öncə Zarina adında bir qızı doqquz yaşında ikən evinə salmış, həmin gündən ona oğlan paltarı geyindirib yanında gəzdirir, qaçmaq istəyəndə tutub gətirir, döyərək işgəncələr verir, dişlərini tökmüş, bədəninə hər yerdən xəsarətlər yetirmiş, onu da özü kimi narkoman etmişdir. Hal-hazırda qardaşım mənim azyaşlı nəvələrimə təzyiq göstərir. Hüquq - mühafizə orqanları belə hallara göz yumursa, bu cinayət deyilmi?!”
Ərizə müəllifi yazır ki, 2018-ci ildən bu günə qədər məhkəmənin qərarları icra olunmur: “Tələb edəndə yenə də bizə təzyiqlər göstərilir”.
İndi isə məsələnin təfərrüatları ilə “sənədlərin dili ilə” tanış olaq.
Əvvəla ondan başlayaq ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X. Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin Zemfira xanıma düşən 1/12 hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və bu hüquq Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(010)-4815/2018 saylı qiyabi qətnaməsi ilə təsdiqlənmişdir. Əliseyran Seyfullayev məhkəməyə müraciət edərək həmin qiyabi qətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etsə də, Suraxanı məhkəməsi 30 noabr 2018-ci il tarixli qərardadı ilə onun ərizəsini təmin etməmişdir. Sonrakı dövrdə Suraxanı məhkəməsi daha iki qərardadla mübahisəyə izahlar verərək həllini dəqiqləşdirmişdir.
Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən Zeynalova Qızılgül Balababa qızının adına verilmiş 017483 saylı qeydiyyat vəsiqəsinə əsasən, yaşayış sahəsi 204,5 kv.m., ümumi sahəsi 371, 6 kv.m. olan 11 otaqlı, 5 saylı fərdi yaşayış evinin 1/12 hissəsi ayrı-ayrılıqda Zeynalova Qızılgül Balababa qızının, Yunisova Zenfira Əliyusif qızının və Seyfullayev Nizami Əliyusif oğlunun, evin 1/12 hissəsi isə Seyfulla Əhməd oğlunun mülkiyyətindədir. Hazırda fərdi yaşayış evinin texniki pasporta əsasən "A" literli hissəsi bütövlükdə və Q" literli yaşayış evinin bir hissəsi qardaşı Seyfullayev Əliseyran Əliyusif oğlunun, "Q" literli yaşayış evinin digər hissəsi digər qardaşı Seyfullayev Nizami Əliyusif oğlunun, “B” literli yaşayış evi əmisi oğlu İmran Səfərovun, "V" literli yaşayış evi isə başqa qardaşı Ağaməlik Seyfullayevin istifadəsindədir. Seyfullayev Əliseyran Əliyusif oğlunun qanunsuz hərəkətləri nəticəsində Zemfira uzun illərdir ki, mülkiyyətində olan hissədən istifadə edə bilmir, faktiki istifadəsində olan sahə isə texniki pasporta əsasən "J" literli hissədir ki, bu hissə pasportda tövlə kimi, yəni yardımçı sahə kimi nəzərdə tutulmuşdur, evin böyük bir hissəsini, həmçinin Zemfira aid olan 1/12 hissəsini də zəbt edərək onu həmin hissəyə buraxmır.
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-3695/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Yunisova Zenfıra Əliyusif qızının cavabdeh Seyfullayev Əliseyran Əliyusif oğluna qarşı pul tələbinə dair iddiasını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3695/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Yunisova Zemfıra Əliyusif qızı tərəfindən verilmiş APELLYASİYA ŞİKAYƏTİ - ndən oxuyuruq:
“Əliseyran Samir adlı səxslə 8-9 nəfərdən ibarət quldur dəstəsi ilə 29 yanvar 2018-ci il tarixdə, saat 15:15 radələrində hazırda yaşadığım tövlə kimi nəzərdə tutulan sahəyə hücum edərək məni və həyat yoldaşım Rafiqi dəmir lom və başqa alətlərlə döyərək yaşadığımız yeri, mətbəxi, sanuzeli söküb yerlə - yeskan edərək bizi küçəyə atdılar. Biz “102” xidmətinə zəng etdik. Bizim çağırışımıza 31-cı Polis Bölməsinin əməkdaşları gəldilər. Polis əməkdaşları məni, həyat yoldaşım Rafiqi və Əliseyranı Polis Bölməsinə apardılar. Məni və Rafiqi 4 saat Polis Bölməsində saxlayıb Əliseyranı buraxdılar. Mənim halım pis olduğuna görə polislər məni həmin ünvana gətirdilər. Biz evə gələndə gördük ki, polis əməkdaşları bizi qəsdən 4 saat ərzində polis bölməsində saxladıqları vaxt Əliseyran həmin səxslərlə birləşib yaşadığımız evi və daş hasarı söküb yerlə yeksan ediblər və bizə məxsus əşyaları tamamilə oğurlayıb talayıblar. Biz 30 yanvar 2018-ci il tarixdə məhkəmə tibb ekspertizadan keçmişik. Həmin qrupdan olan Samir adlı şəxs 055-524-30-13 nömrədən zəng edərək bizi ölümlə hədələyərək nalayiq söyüşlərlə təhqir edir. Əliseyran həmin şəxslərlə sökdükləri hasarın daşlarını və bizə məxsus ev əşyalarımızı qonşuların dediklərinə görə “Kamaz” markalı 64 BA 103 qeydiyyat nişanlı avtomobilə yığıb aparıblar. Cavabdeh evimi yararsız hala salmaqla və əşyalarımı oğurlamaqla mənə ümumilikdə 15.256 manat məbləğində maddi ziyan vurub.
Z.Yunusova hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-3695/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi əsassız və qərəzlidir:
“Birinci instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Hesab edirəm ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarım kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də beynəlxalq hüquq normaları ilə qorunan hüquqlanmı pozaraq ziyanıma olan qətnamə qəbul etmişdir”.
İndi isə apellyasiya şikayətinin istinad etdiyi milli və bəzi beynəlxalq hüquq normalarına göz ataq:
“İnsan Hüquqlan üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab edilə bilməz və buna görə də apellyasiya məhkəməsi qaydasında ləğv edilməli və iddia ərizəmin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Həmin Məcəllənin 385.1.2-ci maddəsi müəyyən edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsində isə birinci instansiya məhkəməsinin qətnaməsində döstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
Tutaq ki, məhkəmənin Z.Yunusovanın qardaşı tərəfindən zorla ata yurdundan çıxarıldığını, əşyalıarının oğurlandığını görən hal şahidi olmayıb. Yaxşı bəs, niyə hüquq-mühafizə, cinayət təqibi orqanlarından heç kəsin ağlına gəlməyib ki, Əliseyranın keçmiş həyat yoldaşını və indi yanında saxladığı Zarinanı dindirsinlər? Niyə Əliseyran Seyfullayevi narkoloji testdən keçirmirlər?

P.S. Vətəndaş Z.Yunusova redaksiyaya əlavə məlumat kimi, ƏMDK DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsinin Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin sorğusuna cavab məktubunun surətini göndərmişdir. "Cavab"da göstərilir: "Tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilib. Təqdim olunmuş texniki pasporta əsasən vətəndaş iddia etdiyi hissə "A" və "B" saylı tikililərdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, faktiki həmin tikililərdə rekonstruksiya işləri aparılmaqla 2-ci mərtəbə inşa olunmuşdur. Bu səbəbdən tələbkar Yunusova Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi X.Bayramova küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payına düşən 1/12 hissəsinin müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır".
P.SS. Burada söhbət həqiqi mütəxəssislərdən söhbət gedirsə, onlar təsəvvürlərində ikinci mərtəbəni yox kimi qəbul edib Yunusovanın payının yerini, səmtini müəyyənləşdirə bilərdilər. Bundan əlavə, həmin rekonstruksiya olunaraq artırılmış ikinci mərtəıbə də sözsüz ki qanunsuz inşa olunub. Daşın üstünə bir daş qoyulan zaman dərhal peyda olan əlaqədar qurumların vəzifəli şəxsləri - "JEK" müdiri, polis sahə müvəkkili və başqaları Əliseyranın sadaladığımız digər işdəycələri kimi buna da göz yumublar demək!...

Korrupsiya-q.az


[/b]NARKOMAN QARDAŞ BACISINI ATA YURDUNDAN BAYIRA ATIB

NARKOMAN QARDAŞ BACISINI ATA YURDUNDAN BAYIRA ATIB

NARKOMAN QARDAŞ BACISINI ATA YURDUNDAN BAYIRA ATIB

NARKOMAN QARDAŞ BACISINI ATA YURDUNDAN BAYIRA ATIB [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO