Azərbaycan İdeyası

Arvadını öldürən polis məhkəmədə özünü yandırdı

Tarix:11-11-2015, 16:54
Baxış Sayı:697

"Korrupsiya və Qanin" qəzetinin verdiyi məlumata görə Bakıda həkim arvadını öldürüb yandırmaqda təqsirləndirilən keçmiş polis işçisi məhkəmədə ağlagəlməz addım atıb. O, özünü məhkəmə zalında yandırıb.
Bakıda həkim Natəvan Əliyevanın qətlində şübhəli bilinən, keçmiş polis işçisi 34 yaşlı Samir Əliyevin bu gün məhkəməsi olub. Saxlanılan şəxsin həyat yoldaşı Zəminə Əliyevanın baku.ws-ə verdiyi məlumata görə, məhkəmə Nəsimi rayon Məhkəməsində keçirilib. Proses zamanı keçmiş həyat yoldaşını qətlində günahlandırılan Samir Əliyevə əlavə olaraq 4 ay həbs cəzası verilib. Buna etiraz olaraq Samir Əliyev özünə od vuraraq yandırıb. "Ağır xəsarət alan Samir Əliyev barədə heç bir məlumat vermirlər. Çox narahatam”, - deyə Zəminə Əliyeva vurğulayıb.
Məlumat üçün bildirək ki, N.Əliyevanın yanmış meyidi bu il iyulun 6-da saat 01.30 radələrində Bakı - Quba yolunda tapılıb. İyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən 34 yaşlı Natəvan Əliyevanın qətlində keçmiş əri şübhəli bilinirdi. Onu əri Xətai rayonundakı evində öldürərək Bakı-Quba yoluna gətirirb və orada meyidə od vurub.
N.Əliyeva Bakıda 2 saylı Doğum Evində həkim-ginekoloq işləyib. Öz bibisi oğlu olan əri keçmiş polis işçisi olub. Onlar 2013-cü ilə boşanıblar və evlilikdən 3 uşaqları olub. Meyidin aşkarlanmasına gəlincə, onun yanmış cəsədi təsadüf nəticəsində tapılıb. Yoldan keçən maşınlardan biri xarab olub. Sürücü qardaşına zəng edib məlumat verib və maşını yolda ataraq gedib. Sürücünün qardaşı isə həmin əraziyə gəlib. Maşında qardaşını görməyib, sonra isə maşının yaxınlığında yanmış meyit görüb. Xarici əlamətlərinə görə kişi cəsədini xayırladan meyidin qardaşı olduğunu zənn edib. Sonradan isə onun Xətai polisi tərəfindən itkin kimi axtarışda olan N.Əliyeva olduğu üzə çıxıb.

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
İİB sədri: "Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Prezident: "Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Neftçi" Portuqaliya klubunun futbolçusunu transfer edir