Azərbaycan İdeyası

Təhsil naziri valideynlərə müraciət etdi - VİDEO

Tarix:19-03-2020, 16:06
Baxış Sayı:166



Təhsil naziri Ceyhun Bayramov Novruz Bayramı münasibətilə şagirdləri təbrik edib.
Korrupsiya-q.az-ın məlumatına görə, o bildirib ki, UNESCO-nun məlumatına əsasən dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənarda qalıb.
“Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən də bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb.
Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq.
Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımına start verildi. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etdi.
Ümidvaram ki, şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dərsləri ev şəraitində müəllimlərin məsafədən verdikləri izah və təlimatlara uyğun olaraq, dərsliklərdə olan ev tapşırıqlarını yerinə yetirərək tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar”, - deyə nazir C.Bayramov qeyd edib.
Nazir valideynlərə də müraciət edib:
“Bu işdə onlara valideynlər dəstək olmalıdır. Övladlarınızın ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalısınız. Əminəm ki, yaxın zamanlarda bütün işlər öz axarına qayıdacaq, təhsil müəssisələrində dərs prosesi təmin olunacaq. Sizin Novruz Bayramınızı təbrik edir, ruzi bərəkət və sağlıqlı günlər arzu edirəm”.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026