Azərbaycan İdeyası

Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir

Tarix:Bu gün, 20:59
Baxış Sayı:8



Abşeron rayonunun Mehdiabad qəsəbə sakini Ağayev Firdovsi Şükür oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, işlədiyi müəssisənin rəhbərliyi tərəfindən hüquqpozmalara məruz qaldığını, maddi ziyana düşdüyünü bildirmişdir. Şikayətçi yazır ki, 2005-ci ildən 2026-cı ilin iyun ayına kimi Novxanı yolunun üstündə yerləşən beton zavodunda əmək müqaviləsi olmadan işləyib. Lakin zavod direktoru Hacıyev Nizami Şakir oğlu xeyli vaxtdır ki onun hər ay 600 (altı yüz) manata razılaşdıqları maaşını verməyib. Hətta Firdovsi Ağayevin atası vəfat edəndə dəfn və hüzn xərclərini qarşılamaq üçün çətinlik çəkdiyini zavod direktoruna deyəndə Nizami Hacıyev ona yalançı vədlər verərək aldadıb. Nəhayət, Firdovsi Ağayev tələb formasında halal əmək haqqını istəyəndə müəssisə rəhbəri borcunu ödəməkdən qəti surətdə imtina edib. Bundan başqa, direktor onun işlədiyi müddətdə zavoda təhvil verdiyi dəyəri təxminən 30000 (otuz min) manat təşkil edən qumun da pulunu verməyib.



Firdovsi Ağayev bildirir ki, Nizami Hacıyev ona əmək haqqı və qumun qiyməti ilə birlikdə toplam 50000 (əlli min) manat ziyan vurub. Odur ki, zavod rəhbərinin ona vurduğu ziyanın ödətdirilməsinə nail olmaq üçün redaksiyadan məsələnin ictimailəşdirilib aidiyyəti qurumlara çatdırılmasında köməklik göstərilməsini xahiş etmişdir.


Aidiyyəti qurumlar isə çoxdur. İlk növbədə Dövlət Əmək Müfəttişliyi Xidməti bu məsələ ilə məşğul olmalıdır. Belə çıxır ki, Nizami Hacıyev əmək qanunvericiliyinin tələblərini pozaraq, iyirmi ildən çoxdur istehsalata müqaviləsiz, qeyri-leqal əmək qüvvəsi cəlb edib. Bu isə o deməkdir ki, rəsmiyyətsiz işə götürdüyü şəxslərə görə Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları həyata keçirməyib, əmək haqlarından vergi tutmayıb, dövlət büdcəsinə yönəltməyib. Aydın məsələdir ki, sahibkar qeyri-leqal işçilərin yaratdıqları məhsulun həcmini, onun satışından əldə olunan gəliri də vergidən yayındırıb. Bundan başqa, adı ştat cədvəlində olmayan işçilərin əməyinin təhlükəsizliyinin təmininə də başdansovdu yanaşılıb. Bir sözlə, Nizami Hacıyev zavoddan maksimum dərəcədə yalnız özü faydalanmağa çalışıb, qeyri-rəsmi işə götürdüyü şəxslərin əməyini quldarcasına istismar edib. Nəhayətdə isə, qanunla bir yana dursun, onlara verdiyi kişi sözünə də əməl etmir. Sözsüz ki, zavodun istehsal etdiyi asfaltın da keyfiyyəti şübhə doğurur. Həmçinin ehtimal etməyə dəyər ki, sözügedən asfalt zavodunun tərəf müqabili kimi podrat, sub-podrat formasında əməkdaşlıq etdiyi başqa tərəfdaş şirkətlərlə əlaqələri də qeyri-şəffaf, korrupsiya və maxinasiya üzərində qurulub.

İndi söz əlaqədar təşkilatlarındır. Onların münasibətini öyrənməyə çalışacağıq.

" Karrupsiya və qanun" qəzetinin baş redaktoru X. Ə. Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ