Azərbaycan İdeyası

İMİŞLİ: VİLYAM HACIYEVİN ARDINCA RAYONUN EHTİYACLI VƏTƏNDAŞLARININ SOSİAL MÜDAFİƏSİNƏ CAVABDEH ŞƏXSLƏR DƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIRLAR

Tarix:24-09-2020, 11:30
Baxış Sayı:1 603




Məlum olduğu kimi, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev “sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsinə", "ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına", "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə", "sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə rüşvət müqabilində qanunazidd verilməsinə" və "işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğləri ələ keçirməsinə" dair məlumatlar və başqa şübhələr əsasında DTX-nın əməliyyatı ilə saxlanılmışdır. Müşahidələr belə təxmin etməyə əsas verir ki, Vilyam Hacıyevlə cinayıt əlaqəsində olan şəxslərin əhatə dairəsi genişdir və bu dairəyə yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarında çalışan bəzi vəzifəli şəxslərin də adı düşəcək.
İmişli rayonu Qulubəyli kəndində yaşayan Xudiyev Vaqif Bədir oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, daimi iş yeri olmadığı üçün vətəndaşların həyətində günü 5-10 manata fərdi əməklə məşğuldur. Yazır ki, 5 azyaşlı uşağın olduğu 7 nəfərlik ailəsi dolanışıq sarıdan korluq çəkir. 2018-ci ildən bugünədək dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon Şöbəsinə müraciət edib. Ona ünvanlı sosial yardım təyin olunacağını vəd etsələr də, heç bir əməli nəticə hasil olmayıb. Ən nəhayət, xeyli get-gəldən sonra ondan 1000 (bir min) manat rüşvət istəyiblər. Hələ boynuna minnət də qoublar ki, onun kasıblığına baxıb az istəyirlər. O, bu qədər pulu verməyə imkanı olmadığını bildirib, “əgər pulum olsaydı, paltarsız qalan uşaqlarıma əyin-baş alardım” deyib. Bundan sonra ona qapını göstəriblər, daha bir də müraciət etməməsini tapşırıblar. Yazır ki, bu cavabı eşidəndən sonra ailə üzvləri ilə birlikdə İcra Hakimiyyətində qəbulda olub. Ona söz veriblər ki, yardım təyin edilməsini tapşıracaqlar.
Şikayətçi həmçinin bildirmişdir ki, rayonda ünvanlı sosial yardım o ailələrə verilir ki xeyli torpağı, çoxsaylı iri və xırda buynuzlu mal-qarası, texnikası, bahalı minik maşınları var. V.Xudiyev bu paradoksu korrupsiya ilə əlaqələndirir: “Pullarını verib işlərini düzəltdilər, mənim yoxumdu deyə, düzəltdirə bilmədim”.
V.Xudiyev işsiz kimi qeydiyyatda olmasına baxmayaraq, 190 manat həcmində birdəfəlik sosial yardımı da ala bilmədiyini, bu müstəvidə də korrupsiya hüquqpozmalarının olduğunu qeyd edib. Redaksiyadan xahiş etmişdir ki, onun problemi KİV üzərindən ictimailəşdirilsin və əlaqədar qurumların rəhbərlərinin diqqətinə çatdırılsın, həllinə köməklik göstərilsin.

Korrupsiya-q.az

İMİŞLİ: VİLYAM HACIYEVİN ARDINCA RAYONUN EHTİYACLI VƏTƏNDAŞLARININ SOSİAL MÜDAFİƏSİNƏ CAVABDEH ŞƏXSLƏR DƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIRLAR [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.