Azərbaycan İdeyası

Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"

Tarix:Bu gün, 12:00
Baxış Sayı:2


İraq millisi ("Lions of Mesopotamia" - Mesopotamiya şirləri) Asiya futbolunun ən xarakterli, döyüşkən və sürprizləri sevən komandalarından biridir. Hər cür çətinliyə rəğmən meydanda göstərdikləri sarsılmaz iradə ilə tanınan İraq millisi qitələrarası pley-off mərhələsindəki tarixi qələbəsi ilə 2026-cı il dünya çempionatına vəsiqə qazanaraq bütün ölkəyə böyük bir bayram yaşadıb.

Meksika İraq futbolu üçün hər zaman xüsusi bir məna kəsb edəcək. 1986-cı il dünya çempionatında Fernando Kirartenin vurduğu qolla turnirlə vidalaşdıqdan düz qırx il sonra "Mesopotamiya şirləri" yenidən qlobal səhnəyə geri dönürlər. Komanda bu tarixi vəsiqəni Meksikanın şimal-şərqindəki Monterrey şəhərində keçirilən pley-off turnirində əldə edib. Ötən onilliklər ərzində Olimpiya oyunlarında parlayan və Asiyada dominantlıq edən İraq millisi idmanın ən böyük səhnəsinə qayıtmaq üçün əvvəllər dəfələrlə büdrəyib.

Oxu.Az İraq futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

Dünya çempionatına 16 gün qaldı: İRAQ - Mesopotamiya şirləri - VİDEO

Avstraliya millisinin rəhbərliyində rekord sayda - 72 beynəlxalq oyuna çıxan Qrem Arnold, eyni konfederasiyanın iki fərqli ölkəsini dünya çempionatına aparan az sayda məşqçi sırasına qoşulur.

62 yaşlı mütəxəssis Qətərdə DÇ-2022-də öz vətənini tarixində cəmi ikinci dəfə olmaqla 1/8 finala yüksəltmişdi. Avstraliyadan ayrıldıqdan yeddi ay sonra sidneyli çalışdırıcı İraq millisinin sükanı arxasında Xesus Kasası əvəz etmiş və komandanın zəifləməkdə olan təsnifat ümidlərini canlandırmışdı.

İraqın ilk və son dünya çempionatı

Sidney İdman Meydançasında İraq millisi 1973-cü ilin martında ilk dəfə dünya çempionatının təsnifat matçına çıxmış və Avstraliyaya 1:3 hesabı ilə uduzmuşdu. Növbəti turnirin seçmə mərhələsindən çəkildikdən və DÇ-1982-yə vəsiqə qazana bilmədikdən sonra, komanda, nəhayət, 1985-ci ilin sonunda Suriya üzərində iki oyunun nəticəsinə görə 3:1 hesablı qələbə qazanaraq turnirə yol tapmışdı.

Altı ay sonra, qeyri-adi sarı formaları ilə Toluka şəhərində Paraqvaya qarşı meydana çıxan İraq dünya çempionatında iştirak edən altıncı ərəb ölkəsi olmuşdu. Birinci hissənin sonunda Romeritonun aşırma zərbəsi ilə qapısında qol görsə də, Xəlil Əllavi və Hüseyn Səidin fərqlənməyə yaxın olduğu matçda İraq rəqibindən heç də geri qalmamışdı.


Təəssüf ki, Meksikaya gedərkən aldığı zədə Səidin evə qayıtmasına səbəb olmuş və bu onun turnirdəki son oyunu kimi yadda qalmışdı. Belçikaya qarşı ikinci matçda onu ilk onbirlikdə əvəz edən Kərim Səddam isə tezliklə tarix yazacaq Əhməd Radhi ilə hücum xəttində tərəf müqabili olacaqdı. Bu, İraqın heyətindəki yeganə dəyişiklik olmuşdu.

Enzo Şifonun sərt zərbəsi və Niko Klaesenin penalti qolu belçikalılar üçün kifayət etsə də, Radhi dünya çempionatları tarixində ölkəsinin yeganə qoluna imza atmışdı. İraqın yarımmüdafiəçisi Basil Qorqisin birbaşa qırmızı vərəqə almasından altı dəqiqə sonra, güclü hücumçu Natiq Haşimin ara ötürməsini qəbul edərək topu Jan-Mari Pfaffın qoruduğu qapının uzaq küncünə göndərmişdi.

Son matç üçün Tolukadan Mexiko şəhərinə yollanan komanda ev sahiblərinin üstün oyunu ilə qarşılaşmışdı. Kirartenin ikinci hissənin əvvəlində vurduğu qol Asiya təmsilçilərinin məğlubiyyətini rəsmiləşdirmişdi. Tarix İraqın üç ardıcıl məğlubiyyət və yalnız bir qolla turnirlə vidalaşdığını göstərir. Lakin göstərmədiyi məqam odur ki, komanda turnirdən əvvəl Braziliyada keçirdiyi zəif hazırlıq prosesinə rəğmən olduqca rəqabətədavamlı idi.

Dünya çempionatına 16 gün qaldı: İRAQ - Mesopotamiya şirləri - VİDEO

İraq DÇ-2026-ya vəsiqəni necə qazanıb?

Şərqi Syerra Madre dağ silsiləsi ilə əhatə olunmuş Monterrey şəhəri dünya çempionatına gedən uzun və dolama yolun son zirvəsinə çevrilmişdi. Bəsrə, Hanoy, Manila, Cakarta, Küveyt, Seul, Maskat, Əmman, Ciddə və Əbu-Dabi 21 oyundan ibarət təsnifat marafonunun əsas dayanacaqları olmuşdu.

Hər şey olduqca uğurlu başlamışdı. Asiya Futbol Konfederasiyasının (AFC) təsnifat mərhələsinin ikinci raundunda keçirilən altı oyunun hamısında qələbə qazanan komanda üçüncü raundun ortasında itirilən xallar səbəbindən Kasasla yollarını ayırmalı olmuşdu.

Birbaşa vəsiqəni cəmi bir xal fərqi ilə əldən verən İraq dördüncü raundda yeganə bilet uğrunda üçtərəfli mübarizəyə qoşulmuşdu. 2025-ci ilin oktyabrında ev sahibi Səudiyyə Ərəbistanı ilə qolsuz bərabərlikdən sonra İndoneziya üzərində 1:0 hesablı qələbə qazansa da, komanda yalnız vurulan qolların sayına görə turnirdən kənarda qalmışdı.

Növbəti ay beşinci raundda vəziyyət eyni dərəcədə gərgin alınmışdı. Birləşmiş Ərəb Əmirliklərinə qarşı keçirilən və əsəblərin tarıma çəkildiyi ikinci matçın əlavə vaxtının 17-ci dəqiqəsində Əl-Əmmarinin vurduğu penalti qolu İraqı pley-off turnirinə daşımışdı.

Finala vəsiqə qazanan İraq Əli Əl-Hamadi və Aymən Hüseynin fərqli hissələrdə vurduğu qollarla Boliviya üzərində 2:1 hesablı qələbə qazanmışdı. Rəqibin yeganə qolunu isə Moyses Paniaqua vurmuşdu və beləliklə, İraq dünya çempionatına biletini rəsmiləşdirmişdi.


DÇ-2026-da İraqın oyun cədvəli (Bakı vaxtı ilə)

İraq DÇ-2026-da I qrupunda Fransa, Norveç və Seneqal millilərinə qarşı mübarizə aparacaq.

I qrupu:

17 iyun, 02:00, İraq - Norveç (Boston stadionu);

23 iyun, 01:00, Fransa - İraq (Filadelfiya stadionu);

26 iyun, 23:00, Seneqal - İraq (Toronto stadionu).

Dünya çempionatına 16 gün qaldı: İRAQ - Mesopotamiya şirləri - VİDEO

İraqın unudulmaz dünya çempionatı anları

1986-cı ildə İraqın bütün matçlarında yeddi futbolçu iştirak etmişdi. Onlardan altısı əsas heyətdə meydana çıxmış, Rəhim Həmid isə hər üç oyunda sonradan oyuna daxil olmuşdu. Çox təəssüf ki, həmin futbolçulardan dördü - Əhməd Radhi, müdafiəçi Nadim Şaker, yarımmüdafiəçilər Əli Hüseyn Şihab və Natiq Haşim artıq həyatda yoxdur.

Dünya çempionatına 16 gün qaldı: İRAQ - Mesopotamiya şirləri - VİDEO

Bu isə o deməkdir ki, cinah müdafiəçiləri Xəlil Əllavi, Qanim Oraybi və Rəhim Həmid İraqın qlobal finallardakı bütün oyunlarında iştirak etmiş və hazırda həyatda olan yeganə futbolçulardır.

Belçikanın qapısına vurduğu qol sayəsində Radhi dünya çempionatında qol vuran yeganə iraqlı kimi tarixə düşüb. Aymən Hüseyn və Mühənnəd Əli kimi futbolçular isə bu tarixi göstəricini yeniləməyə və yaxşılaşdırmağa çalışacaqlar.

Dünya çempionatına 16 gün qaldı: İRAQ - Mesopotamiya şirləri - VİDEO

İraq millisi qrupdakı rəqiblərin adına baxsaq, bəlkə də turnirin ən ağır püşklərindən birini çəkib. Lakin bu komanda çətinliklərdən qorxmadığını dəfələrlə sübut edib. Aymen Husseyn və komanda yoldaşları bu "ölüm qrupu"ndan sağ çıxaraq dünya futbolunu şoka sala biləcəklər?

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur