Azərbaycan İdeyası

Bircə bağrı qalıb yarılmamış – Doğrunun gözünü çıxardılar, hədələdilər, insult elədilər, boynuna minnət qoydular...

Tarix:1-06-2026, 15:00
Baxış Sayı:6

Xocalı şəhərində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan
qəs, Qobu park 2, bina 19, mən 51 -də ailəsi ilə birgə yaşayan Musayev Təşəkkül
Musa oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək,
Şuşa rayon Mərkəzi xəstəxanası və Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin həkimlərinin yalnış müayinə və müalicəsini nəticəsində sol
gözünün görmə qabiliyyətinin tamamilə itməsi barədə məlumat vermiş, eyni zamanda
üz tutduğu hüquq-mühafizə və cinayət təqibi orqanlarının məsələyə qeyri-obyektiv
yanaşdıqlarını bildirmişdir.
İlk əvvəl əlbəttə ki, vətəndaş T.Musayev Binəqədi rayon prokurorluğuna şikayət
etmişdir. Həmin məlumat cinayət xarakterli olduğundan Binəqədi rayon
prokurorluğunda “Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və
digər məlumatların qeydiyyatı kitabı”-nda 21.07.2025-ci il tarixdə qeydiyyata alınaraq
həmin tarixdə araşdırmanın aparılması Binəqədi rayon prokurorunun köməkçisi, I
dərəcəli hüquqşünas Kərimli Nərmin Vəli qızına həvalə edilmişdir.
20.08.2025-ci il tarixdə toplanmış material üzrə Nərmin Kərimli cinayət işinin
Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilməsi barədə qərar
qəbul etmişdir.

Bir

29.08.2025-ci il tarixdə həmin qərar rayon prokuroru baş ədliyyə müşaviri Fuad
Məmmədov tərəfindən ləğv edilmiş, iş əlavə araşdırmaya qaytarılmış, Təşəkkül
Musayevin ərizəsi əsasında təkrar komisyon məhkəmə tibb ekspertiza təyin edilmişdir.
27.09.2025-ci il tarixdə toplanmış material üzrə yenə də Nərmin Kərimli tərəfindən
cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilməsi
barədə qərar qəbul edilmişdir.
Həmin qərar 27.10.2025-ci il tarixdə rayon prokuroru baş ədliyyə müşaviri Fuad
Məmmədov tərəfindən ləğv edilmiş, iş əlavə araşdırmaya qaytarılmış, Təşəkkül
Musayevin ərizəsi əsasında təkrar komisyon məhkəmə tibb ekspertiza təyin edilmişdir.
Material üzrə müvafiq sorğular verilmiş, izahatlar alınmış, komisyon məhkəmə tibbi
ekspertiza təyin edilmiş və digər zəruri araşdırma hərəkətləri həyata keçirilmişdir.
İndi isə hadisənin mahiyyəti üzrə detalları nəzərdən keçirək.
T.Musayev yazır ki, 2025-ci fevral ayında sol gözündə ağrılar yaranmışdır. Həmin
vaxtadək gözlərindən ciddi bir şikayəti olmamış, sadəcə yaxından görməsi zəif olduğu
üçün eynəkdən istifadə etmişdir. Həmin vaxt Qobu Park yaşayış kompleksində Suşa
rayon poliklinikasının filalına getmişdir. Burada növbətçi həkim Məhərrəmova Fidan
Vasif qızının qəbulunda olmuşdur. Həmin həkim onu müayinə etmiş, gözündə elə bir
ciddi problem olmamasını demişdir. Həkim ona adını bilmədiyi dərmanlar yazmışdır.
O, həmin göz dərmanlarını gündə 3-4 dəfə istifadə edirmiş. Lakin onun gözündə olan
ağrılar keçmirmiş. O, demək olar ki, hər gün həmin xəstəxanaya gedirmiş. Burada
digər həkim İsmayılzadə Şəhla Fikrət qızının da qəbulunda olmuşdur. Həmin həkim
onu müayinə etmiş, lakin Şəhla həkim də onun gözündə olan ağrılara çarə edə
bilməmişdir. O, təxmini 5 ay həmin xəstəxanaya getmişdir. Bundan başqa, Fidan
Məhərrəmova onu Kəpəz xəstəxanasına da göndərmiş, lakin müayinə nəticələrinə
əsasən burada onun gözündə olan ağrıların səbəbi müəyyən edilməmişdir. Fidan
Məhərrəmova təxmini 25.03.2025-ci il tarixdə onu Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinə göndərmişdir. Həmin xəstəxanada qeydiyyat
şöbəsində onu 2001 nömrəli otağa göndərmişlər. Burada onu müayinə edən dolu
bədənli qadın gözünü aparatlardan keçirmiş və gözündə ciddi bir narahatlıq olmadığı
deyilmişdir. Lakin o, buna etirazını bildirdikdə həmin şəxs onu şöbə müdiri Qocayevə
A adlı şəxsə yönləndirmişdir. Şöbə müdiri də onu müayinə edərək yenə də gözündə
heç bir problem olmaması və onun nervepatoloqa müraciət etməli olmasını məsləhət
bilmişdir. Ondan sonra o evə getmişdir. Lakin onun - ağrıları şiddətlənmiş və təcili
yardım çağırmışdır. Bildirmişdir ki, elə günlər olmuşdur ki, o, gün ərzində 3 dəfə təcili
yardıma müraciət etmişdir. Təxmini həmin ərəfələrdə o, təkrar həmin xəstəxanaya
müraciət etmişdir. Burada adını bilmədiyi 3009-cu kabinetdə oturan sarışın, arıq,
eynək taxmış həkim onu müayinə etmiş, ona gözünə tökmək üçün damcılar yazmış, o
da gözündə ciddi problem olmamasını bildirmiş, lakin onun sol gözündə ağrılar davam

Bir

etmişdir. Qeyd etmişdir ki, həmin həkim onu müayinə edən zaman 2025-ci ilin may
ayında təxmini 10 gündən sonra onun sol gözü tamamilə kor olmuşdur. Daha sonra
həmin şəxslər onu Cəmil adlı həkimə yönlədirmişlər. Cəmil həkim onun gözünün pis
vəziyyətdə olması, onun çıxarılmalı olmasını demişdir. Həmin vaxt Cəmil hakimlə
danışdıqdan sonra adını bilmədiyi tibb bacısı onu baş həkimə yönləndirmişdir. O, baş
həkimın qəbulunda olan zaman o 3009 nömrəli otaqda adını bilmədiyi təxmini 40
yaşlarında dolu bədənli, qarayanız olan xanıma onu təcili əməliyyat etmək lazım
olduğunu demişdir. O, 05.06.2025-ci il tarixdə müayinələrdən keçdikdən sonra həmin
xəstəxanada adını bilmədiyi həmin həkim tərəfindən əməliyyat edilmişdir. Həmin
əməliyyat 1 saat çəkmiş, səhhətində hər hansı problem olmamışdır. Həmin əməliyyat
üçün heç kim ondan pul vəsaiti tələb etməmiş və ya almamışdır. Sadəcə, həmin
əməliyyatdan sonra gözlərində daha ağrılar olmamışdır. Bildirmişdir kı, hazırda sol
gözü tamamilə görmür, digər gözü isə daha zəifləmişdir.
Əlavə olaraq bildirmişdir ki, sol gözündə ağrılarla bağlı Şuşa rayon poliklinikası,
Kəpəz xəstəxanası və Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə
müraciət etmişdir. O, Şuşa rayon poliklinikasının filialında İsmayılzadə Şəhla Fikrət
qızı, Məhərrəmova Fidan Vasif qızı tərəfindən, Akademik Zənfa Əliyeva adına Milli
Oftolmalogiya Mərkəzində isə 2001-cı otaqdakı həkim, şöbə müdiri, 3009 nomrəli
otaqdakı həkimlər tərəfindən müayinə və əməliyyat edilmişdir. Sadəcə 2001 nömrəli
otaqdakı şöbə müdirinin adının “Qocayeva A” olmasını bilmişdir. Digər həkimlərin
adlarını bilməmiş, görünüşləri də tam yadında qalmamışdır. Hazırda sol gözü
tamamilə görmür, görmə qabiliyyətini tamamilə itirmişdir. Sağ gözü isə müalicələrdən
sonra daha da zəifləmişdir.
Qeyd etmişdir ki, həmin həkimlərin onun gözünü pis vəziyyətə salması, komisyon
ekspertizanın onların xeyrinə olması, onun bütün sinir sistemimi pozmuş, halı
pisləşmiş, 18.08.2025-ci il tarixdə yaşadığı ünvanda üstünə təcili yardım gəlmiş,
həkimlər ona xəstə olduğunu bildirmiş, təcili müalicə almasını məsləhət bilmişlər.
Növbəti gün o, Nəsimi rayonu Kliniki Tibbi mərkəzə getmişdir. Burada bir gün
müalicə aldıqdan sonra onu Koronovirus xəstəxanası deyilən yerə göndərmişlər. O,
burada stasionar şəraitdə 9 gün müalicə almışdır. Burada ona insult diaqnozu
qoyulmuşdur. Həmin xəstəxanada 27.08.2025-ci il tarixədək müalicə almışdır.
Bundan əlavə olaraq qeyd etmişdir ki, araşdırma müddətində tarixini xatırlamadığı
vaxtda tanımadığı bir şəxs istifadəsində olan mobil nömrəyə zəng etmiş, özünü Fidan
həkimin həyat yoldaşı kimi təqdim etmiş, verdiyi ərizəni geri götürməsini, yoxsa
sonunun yaxşı olmayacağını bildirmiş, o, isə ərizəsini geri götürməyəcəyini dedikdə,
həmin şəxs ona “ mən indi prokurora deyərəm, özü gedib həll edər” burada heç bir
problem yoxdur” sözlərini deyərək ona hədə-qorxu gəlmişdir.
Bildirmişdir ki, onun əsas tələbi onu əməliyyat edən akademik Zərifə Əliyeva adına
Milli Oftalomologiya Mərkəzində olan 3009 nömrəli otaqdakı həkim istisna olmaqla

Bir

onu müayinə və müalicə edən, gözünün kor olmasına səbəb olan həkimlərin qanuna
uyğun cəzalanması, onun gözünün müalicəsi üçün dəymiş maddi ziyanın
ödənilməsidir.
Xəstəliyi ilə bağlı vaxtilə istintaqa təqdim etdiyi tibbi sənədlərin surətlərini də
redaksiyaya gətirmişdir.
Prokuror köməkçisi Nərmin Kərimli 20.11.2025-ci il tarixli qərarında da “müəyyən
etmişdir” ki, Məhərrəmova Fidan Vaqif qızı, ismayılzadə Şəhla Fikrət qızı, Qocayeva
Aybəniz Maqsud qızı, Qarayevə Leyla İslam qızı, Əliyeva Natavən İrşad qızının
əməlllərində Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsindən görünür ki,
Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki
və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya
cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması və ya digər cinayət
tərkibini əlamətləri müəyyən edilməmiş alınmış izahatlarda Musayev Təşəkkül Musa
oğlunun izahatında qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
N.Kərimlinin yuxarıda adları çəkilən şəxslərdən aldığı izahatlar da bir-birinə
oxşayır. Bir qayda olaraq bildirmişlər ki, Təşəkkül Musayevin onlara müraciət
edəndə artıq bir gözü kor imiş, onunla ədavət və düşmənçilikləri olmayıb, ona
qarşı heç bir səhlənkarlıq da etməyiblər, ona protokollara uyğun dərmanlar təyin
ediblər. Bunlar azmış kimi, ona qazi olduğu üçün növbədənkənar qəbul edildiyini
vurğulamağı da unutmamışlar.
Prokurorluq araşdırmasının son nəticəsi materiala əlavə edilmiş MTE və Patoloji
Anatomiya birliyinin 19.05.2025-ci il tarixli 346/KEŞ saylı rəyinə istinad etmişdir:
“...Təşəkkül Musayevin sol gözündə görmə qabiliyyətinin itməsinə səbəb onun düçar
olduğu qlaukoma xəstəliyinin ağır kliniki gedişi olmuşdur ki, bunun da aparılmış
müalicələrlə (başqa sözlə, həmin müalicələri aparmış həkimlərin səhlənkarlıqları ilə -
red.) səbəbli əlaqəsi olmamışdır.
Bundan başqa, prokuror köməkçisi Nərmin Kərimli həkimlərdən Fidan
Məhərrəmovanın həyat yoldaşı Məhərrəmov Vüqar Ramiq oğlunu yalnız dindirməklə
kifayətlənmiş, əməlində hər hansı cinayət tərkibinin əlamətlərini “tapmamışdır”.
Halbuki, mobil şəbəkə operatorundan telefon danışıqlarını istəyib dinləmək lazım idi.
Beləliklə, QADIN prokuror köməkçisi əsasən QADINLARDAN ibarət olan
həkimlərlə həmcins həmrəyliyi nümayiş etdirərək, iki müharibənin veteranı olan
KİŞİNİ “haqsız” çıxarmışdır. Bütün bunlar azmış kimi, çıxardığı qərarda
Təşəkkül Musayevə xəbərdarlıq etməyi və boynuna minnət qoymağı da
məqsədəuyğun hesab etmişdir: “Azərbaycan Respublikası CM-nin 296.1-ci
maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə

Bir

cinayət məsuliyyətinə səbəb olur. Musayev Təşəkkül Musa oğlunun izahatında
göstərdiyi xüsusatlar öz təsdiqini tapmasa da, öz hüquqlarının qorunması ilə
bağlı olmaqla cinayət haqqında bilə-bilə yalan məlumat vermək məqsədi
daşımadığından onun əməlində Azərbaycan Respublikası CM-nin 296-cı
maddəsinin tərkibini yaratmamışdır”.
Belə-belə işlər!
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Bircə bağrı qalıb yarılmamış – Doğrunun gözünü çıxardılar, hədələdilər, insult elədilər, boynuna minnət qoydular...
Bircə bağrı qalıb yarılmamış – Doğrunun gözünü çıxardılar, hədələdilər, insult elədilər, boynuna minnət qoydular...
Vahid bilet sistemi vətəndaşlara hansı üstünlükləri verə bilər? - VİDEO
Vahid bilet sistemi vətəndaşlara hansı üstünlükləri verə bilər? - VİDEO
Azərbaycanda tanınmış həkim vəfat etdi
Azərbaycanda tanınmış həkim vəfat etdi
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib