Azərbaycan İdeyası

BORCLU OLA-OLA ÖZÜNƏ AVTOMOBIL ALIB, BACISINA EV TIKDIRIB

Tarix:19-11-2020, 11:34
Baxış Sayı:945

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr-n, Cavadxan küçəsi, bina – 40, blok – 10, mənzil – 49 ünvanda yaşayan Nəcəfov Rafik Qulam oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müracət edərək, etibar etdiyi şəxsin onun etimadından sui-istifadə edərək aldatdığını, pulunu alaraq mənimsədiyini bildirmiş, məsələni KİV üzərindən ictimailəşdirməyi, aidiyati qurumların diqqətinə çatdırmaqla həllinə kömək göstərilməsini xahiş etmişdir.
Müraciət müəllifi bildirir ki, barəsində şikayət etdiyi şəxs – Əliyev Qismət Abış oğlu 2016-cı ildə onunla işgüzar münasibət qurmaq istədiyini bildirərək, ilkin sərmayə olaraq 10000 (on min manat) pul istəmiş, biznesə yatıracağını və götürəcəyi qazancdan ona da verəcəyini vəd etmişdir. Təfərrüatları soruşanda Q.Əliyev müxtəlif ölçülü xalçalar gətirib satacağını demiş, qurduğu işin perspektivinə inandırmışdır. R.Nəcəfov ona inanmış və istədiyi 10000 (on min) manat pulu vermişdir. Rafikin yazdığına görə, sonrakı dövrdə ta 2019-cu ilə qədər Qismət ondan daha bir neçə dəfə üst-üstə pullar alıb alverə sərf etmiş, lakin ara –sıra çox cüzi məbləğlər geri qaytararaq guya işinin getməsi görüntüsü yaratmışdır. Beləliklə, borcu üst-üstə yığılaraq 23700 (iirmi üç min yeddi yüz) manat təşkil etmişdir. Rafik borcunu tələb edəndə isə Qismət hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış, ən nəhayət, telefon nömrəsini bloka salaraq zənglərini də qəbul etməmişdir. Koronavirusla bağlı xüsusi rejim tətbiq olunandan sonra isə Rafikin Qisməti axtarıb tapmaq imkanları məhdudlanmışdır.
Ərizə ilə bağlı bəzi dəqiqləşdirmələr aparmaq məqsədilə R.Nəcəfovla telefon əlaqəsi saxlayıb bəzi suallar verdik. Cavabladı ki, Qismətin ona borclu olması ümumi tanışlarının hamısına məlumdur. Qeyd etdi ki, Qismət ondan savayı daha bir neçə şəxsi də eyni üsulla aldadıb. Aldadılan şəxslərdən ikisini – Ağdamlı İlyası və naxçıvanlı Şikarı şəxsən tanıyır. R.Nəcəfov həmçinin bildirdi ki, Qismət son üç il ərzində bu qədər borcu olmasına baxmayaraq, qətiyyən özünə və yaxınlarına korluq verməyib – özü üçün “Niva” markalı avtomobil alıb, Cəlilabad rayonunun Alar kəndində yaşayan bacısına ikimərtəbəli ev tikdirib. Bu isə o anlama gəlir ki, Q.Əliyev borcu alandan sonra onu nə vaxtsa qaytarmaq öhdəliyini deyil, özünün və yaxınlarının həyat şəraitini yaxşılaşdırmaq barədə düşünüb, bir sözlə, tamah məqsədi güdüb.


Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı