Azərbaycan İdeyası

MÜƏLLİM CÜTLÜYÜNÜN ƏCAİB XOBBİSİ - TORPAQ SATDIĞI ADAMLARI ALDATMAQLA MƏŞĞULDURLAR

Tarix:4-02-2020, 11:20
Baxış Sayı:634

Müəllimlərin Etik Davranış Kodeksinin 5-ci maddəsində (Müəllim və cəmiyyət) göstərilir ki, Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və yersiz mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir.
Amma təəssüflər olsun ki, bunun əksini gördüümüz məlumatlar da yayılır. Biz bəzən müəllimi təkcə pis pedaqoq kimi deyil, saxta diplom alverçisi, bəzən pis həyat yoldaşı, pis valideyn kimi görürük.
Şirvan şəhəri, Fariz Eynullayev küçəsi ev - 45, mənzil 5 ünvanda qeydiyyatda olan, hal-hazırda Şirvan şəhəri, Nəsimi küçəsi - 29 ünvanda yaşayan Əhmədov Dilqəm Aydın oğlu redaksiyamıza məktubla müraciət edərək, həmşəhərliləri Poladxan və Xatun adlı cütlükdən şikayətlənmişdir. Müraciət müəllifi bildirir ki, hər ikisi Şirvan Dövlət İqtisadiyat və Humanitar Kollecində müəllim işləyən həmin şəxslərdən 9000 (doqquz min) manata razılaşdığı torpaq sahəsini almaq üçün qabaqcadan 300 (üç üz) manat beh verib. D.Əhmədov azır ki, sonradan işləri düz gətirmədii üçün əlində yalnız 5000 (beş min) manat pulu qalıb. Onlara təklif edib ki, verdiyi beh hallalları olsun, torpağı almağa gücü çatmır. Amma Poladxan müəllim təklif edib ki, əlində olan 5000 manat pulu ona versin, qalanını hissəni isə aylara bölüb hissə-hissə ödəyər. Dilqəm ona inanıb və pulu verib, qalanını da hər ay 200-250 manat olmaqla ödəməyə başlayıb. Ödənişin tam bitməsinə 1000 (bir min) manat qalmış Dilqəmin yenə işi düyünə düşüb: qardaşı xəstələndiindən üstünə düşən ailə yükü artıb. Poladxan müəllimlə danışıb məsələni bir yola qoymaq üçün məsləhətləşmək istədiini deyib. Poladxan müəllim də deyib ki, ödəyə bilmirsə, torpağı özü satıb ondan aldığı pulu, əni, 8000 (səkkiz min) manatı qaytarar. Dilqəm onunla razılaşıb, amma bu ilin fevral ayından puldan xəbər-ətər oxdur.
D.Əhmədov bildiri ki, Poladxan müəllim həmin torpağı daha əvvəl Şirvan şəhər sakini Baxış adlı şəxsə də satıbmış, ondan da aldığı pulu qaytarmır. Həmin məlumata əsasən, apardığlımız araşdırma əsasında Şirvan şəhər sakini Xankişiyev Baxış Ramiz oğlu ilə əlaqə saxladıq. O da öz növbəsində redaksiyamıza ərizə ilə müraciət edərək bildirdi ki, müəllim işləyən həmin şəxslərdən torpaq almaq üçün 400 (dörd yüz) manat beh verib. Daha sonra anası Xankişiyeva Həkimə də 200 (iki yüz) manat ödəyib. Torpağı alma üçün satlığa çıxardıqları evə münasib müştəri tapılmadığından, torpağın pulunu gecikdiriblər. Poladxan müəllim də Baxışa 6000 (altı min) manata satmaq istədiyi torpağı sonradan 9000 (doqquz min) manata başqasına, yəni, Dilqəmə satmaq istəyib. Artıq həmin vaxtdan iki il keçib, belə çıxır ki, ər-arvad müəllimlər eyni torpaq sahəsini başqa-başqa şəxslərə satmaq adı ilə hərədən bir az beh alaraq hamını yola verirlər. Ödənişin gecikdirilməsi onlara bir növ bəhanə verib.
Hər iki şikaətçi müraciətlərində ehtiva olunan məsələləri ictimailəşdirməyi, aidiyyati qurumların diqqətinə çatdırmağı redaksiyadan xahiş etmişlər.


Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı