Azərbaycan İdeyası

NECƏ DEYƏRLƏR, “XÜSUSATLAR ÖZ TƏSDİQİNİ TAPMAMIŞDIR” – NƏRİMANOV POLİSİ DƏLƏDUZ CÜTLÜYÜN SİFARİŞİ İLƏ ADAM DÖYÜR?

Tarix:24-09-2020, 14:02
Baxış Sayı:311




Redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, AzTU-1, otaq – 16 ünvanda yaşayan Məmmədov Faiq Ramiz oğlunun ərizəsi daxil olmuşdur. F.Məmmədov bildirir ki, 2018-ci ilin avqust ayında tanış olduğu 1984-cü il təvəllüdlü Qurbanova Şəbnəm Füzuli qızı ilə ciddi ailə qurmaq niyyətində olmuşdur. Yazır ki, xanımın ailəli olduğunu, sonradan ayrıldığını, iki uşaq anası olduğunu bilib və vəziyyəti də olduğu kimi qəbul edib, xanım isə ona övladlarının məhkəmə yolu ilə boşandığı keçmiş həyat yoldaşında qalacağını deyib, onunla bir yerdə yaşayacaqlarına inandırıb.
“2018-ci ilin dekabr ayında ailə quracağımızı müəyənləşdirdiyimiz üçün mənə H.Sarabski küçəsi, bina 56, mənzil 26 ünvandakı evində yaşayacağımıza inandırıb 10 min manata dəyərində müxtəlif ev əşyaları aldırmışdır: “Bundan əlavə, Şəbnəm mənə qardaşının iştirakı ilə qurduğu avtotəlim işi ilə məşğul olduğunu dedi, işin gəlirli olduğunu, lakin tələbələrin çox olduğu üçün avtomobil çatışmadığını bildirdi. Təklif etdi ki, mən də bu işə qoşulum. Məni razı salıb sürücülük təlimi məqsədilə əlavə maşın almaq üçün 20 min manat nağd pul aldı. Sonradan məlum oldu ki, qardaşı kimi təqdim etdiyi şəxs əslində qardaşı deyil, qeyri-rəsmi əridir...”
Ərizə müəllifi yazır ki, 2019-cu ilin noyabr ayında pulunun geri qaytarılmasını tələb edəndə Şəbnəm onu şər-böhtan xarakterli ifadələrlə təhqir edib və pulunu geri istəməkdən daşındırmaq üçün qabaqlayıcı tədbir kimi Nərimanov Rayon Polis İdarəsinə şikayət edib: “Lakin buna baxmayaraq heç bir halda qarşı tərəfə bəraət verilməmişdir, məni şantaj etdikləri müəyyən olunmuşdur. Di gəl, Nərimanov RPİ-nin əməkdaşları məni işlədiyim mağazada zorla avtomobilə əyləşdirib polis idarəsinə aparmışlar. İdarədə Vüsal adlı vəzifəli şəxsinin kabinetində məni təkrar döyüb telefonumdan mənə aid bəzi sübut kimi xidmət edəcək məlumatları sildilər”.
Ş.Qurbanovanın bu işi qardaşı kimi təqdim etdiyi Rəsulov Taleh Rizvan oğlu ilə birgə qurduğunu bilidrən şikayətçi redaksiyadan xahiş etmişdir ki, məsələ ictimailəşdirilsin və ona dəymiş 30 min manat dəyərində ziyanın ödənilməsinə, habelə şəxsi təhlükəsizliyinin təmin olunmasına köməklik göstərilsin.
Şəbnəm Qurbanovanın etdiyi şikayət üzrə toplanılmış materialı araşdırmış Nərimanov RPİ-nin 18-ci PB-nin təhqiqatçıları - polis mayoru Zöhrab Salmanov 03 yanvar 2019-cu il tarixli, onun həmkarı polis mayoru Azər Abdullayev isə 20 yanvar 2020-ci il tarixli qərarları ilə cinayət işinin başlanılmasını rədd etmişlər. Amma buna qədər Faiq Məmmədovun anası Daxili İşlər Nazirliyinə oğlunun Nərimanov RPİ-də əsassız saxlanılması və döyülməsi barədə şikayət etmişdir. Bakı şəhər Baş Polis İdarəsi Faiqin anası Nəzakət Mirzəliyevaya cavab vermişdir ki, oğlu polisə yalnız dindirilmə üçün gətirilmiş, müvafiq araşdırma aparıldıqdan sonra sərbəst buraxılmışdır. Aydın məsələdir ki, BŞBPİ Faiqin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasını etiraf etməmiş, necə deyərlər, xüsusatlar təsdiqini tapmamışdır”.
Ş.Qurbanovanın bu işi qardaşı kimi təqdim etdiy Rəsulov Taleh Rizvan oğlu ilə birgə qabaqcadan planlaşdırdığı qənaətində olduğunu bildirən Faiq Məmmədov redaksiyadan bu məsələni ictimailəşdirməyi, ona dəyən ümumilikdə 30 min manat ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı