Azərbaycan İdeyası

SABUNÇU POLİSİ TARİXİ, SABUNÇU MƏHKƏMƏSİ ADAM ADLARINI TƏHRİF EDİR

Tarix:19-11-2020, 11:32
Baxış Sayı:1 183

Bakı Şəhəri Sabunçu Rayonu 5-N-li Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında korrupsiyaya qarşı üsyan etdiyinə görə əsassız yerə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işindən qovulan Tağıyeva Pərvanə Pərviz qızı haqqı uğrunda mücadiləsini davam etdirir. Həm öz vəzifəsinə bərpa olunmaq, həm də xəstəxananın baş həkim əvəzi Güllü Əhmədovanın korruptiv əməllərini ifşa etmək istəyir.
Di gəl, P.Tağıyevanın mübarizəsinə barmaq hesabı saya gələn həqiqətpərəst kütləvi informasiya vasitələrindən başqa hələlik heç kəs dəstək vermir. Təəssüflər olsun ki, Sabunçu rayonunun hüquq-mühafizə, cinayət təqibi və məhkəmə orqanları bu işə obyektiv, ədalətli yanaşmırlar. Daha yuxarı instansiyaların reaksiyası isə ləngiyir.
Xatırladaq ki, “Korrupsiya və Qanun” qəzetinin internet səhifəsi olan “Korrupsiya-q.az” saytında artıq bu məsələ ilə əlaqədar “Korrupsiyaya üsyan etmiş işçisini şərləyib qovan Güllü Əhmədovanin əri işə qarışdı – kişiyə yaraşmayan tərzdə” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə xəstəxananın Səhiyyə Nazirliyinə məxsus olan 3 sota yaxın torpaq sahəsinin başqa vətəndaşa qeyri-qanuni olaraq satılması barədə P.Tağıyevanın verdiyi məlumat da əksini tapmış, həmin məsələnin araşdırılmasının istintaq tərəfindən yubadılması qeyd olunmuşdu. Həmçinin xatırladılmışdı ki, ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi 27 fevral 2020-ci il tarixli məktubu ilə xəstəxananın ərazisinə aid 170,0 kv/m torpaq sahəsinin təqribən 40 kv/m hissəsində vətəndaş Həsənov Namiq Əliş oğlu tərəfindən fərdi yaşayış evinin inşa edildiyini təsdiqləmişdir. Tərəfimizdən aidiyyəti qurumlara məktublar göndərilmiş, alacağımız cavabların ictimailəşdiriləcəyi oxuculara vəd olunmuşdur.
Uşağını tənha böyüdən, işindən məhrum olduğuna görə maddi sıxıntılar və mənəvi iztirablarla baş-başa qalan P.Tağıyevanın öz haqqı, hüquqlarının bərpası uğrunda mübarizəsi yolunda əngəllər qoyulması isə davam etdirilir. O, xəstəxananın ərazisinin həqiqətən də vətəndaş Namiq Həsənova verilmiş sahəsini göstərmək üçün dəvət etdiyi KİV nümayəndələrini – “Kanal 13”, “Azadsöz” və “XeberNur.info” saytlarının əməkdaşlarını müşayiət edərək sözügedən ünvana aparıb və video-çəkiliş elətdirib. Bundan sonra Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları onun kirayədə yaşadığı ünvana gələrək, İcra Hakimiyyətinə dəvət olunduğunu deyiblər. Lakin onu Rayon İcra Hakimiyyətinə deyil, polis bölməsinə aparıblar.
Təşəbbüskarı olduğu çəkilişdən sonra başına gələnləri redaksiyamıza yazdığı növbəti ərizəsində müfəssəl yazan P.Tağıyeva bildirir ki, 13-cü Polis Bölməsində polis kapitanı Rüstəm Məmmədov onu dindirərək izahatını almışdır. Ona karantin rejimində icazə olmadan yaşayış yerini tərk etdii bildirilmişdir. O isə evdən icazə əsasında çıxdığını deyərək izahatında qayda pozmadığını qeyd etmişdir. Ona qarşı inzibati xəta haqqında 20.05.2020-ci il tarixli protokol tərtib edilmişdir. Ərizəsində yazır ki, gün bou saatlarla polis bölməsində ac-susuz saxlanıldıqdan sonra Sabunçu məhkəməsinə aparılmış, axşam saat 19-da proses başlamışdır. Məhkəmədə ona məlum olmuşdur ki, o, guya xəstəxanaa gedərək həkimləri təhqir edərək iş rejimini pozmuşdur. Həmçinin ona bəlli olmuşdur ki, çəkilişin aparıldığı tarix polisin ittihamnaməsində təhrif olunmuşdur. Belə ki, hadisə P.Tağıyevanın 8103-ə mesaj yazaraq icazə almış olduğu 15.05.2020-ci il tarixdə baş versə də, polisin ittihamnaməsində 14.05.2020-ci il tarixi göstərilmişdir. Çifayda, Sabunçu məhkəməsi çıxardığı inzibati xəta haqqında iş üzrə 20 may 2020-ci il tarixli Qərarı ilə İXM-nin 510 və 211-ci maddələri ilə təqsirli bilərək 100 (bir yüz) manat məbləğində cərimələmişdir. Hələ bir boynuna minnət də qoyulmuşdur ki, İXM-nin 30.2-ci maddəsinə əsasən himayəsində 14 yaşınadək uşağı olduğuna görə onun barəsində inzibati həbs tətbiq edilmir.
Məhkəmədə P.Tağıyevanın üzünə durub onu həkimləri guya təhqir etməkdə, xəstəxananın iş rejimini pozmaqda suçlayan “çahid” isə Güllü Əhmədovanın “sağ əli” – xəstəxana həmkarlar komitəsinin sədri Zübeydə Qədimova olmuşdur. Qərarın mətnində təqsirləndirilən şəxsin adı bir yerdə səhvən İsmayılov Elçin Seyfulla oğlu göstərilib ki, bu da məhkəmənin bütün cərimələnənlərə “bir gözlə baxmasının”, eyni mətnləri “copy-past” etməsinin göstəricisidir.
P.Tağıyeva ərizəsində xəstəxananın ərazisinin verildiyi Həsənov Namiq adlı şəxsin İcra Hakimiyyətində işlədiyini bildirmişdir. O, Sabunçu məhkəməsinin məlum qərarından apellyasiya protesti verməkdə israrlıdır. Sözsüz ki, lazım gəlsə, hadisənin konkret hansı gün baş verdiyini onun dəvəti ilə çəkiliş aparan KİV işçiləri məhkəmədə deyə bilərlər.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb