Azərbaycan İdeyası

TƏKZİB:

Tarix:27-09-2019, 15:43
Baxış Sayı:955

BMCQMBİ ilə qəzet arasında işgüzar yazışmalarda yol verilmiş yanlışlığa aydınlıq gətirildi Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Korrupsiya və Qanun” beynəlxalq ictimai-siyasi hüquq qəzeti adından da göründüyü kimi, korrupsiyaya və eləcə də cinayətkarlığın bütün növlərinə qarşı mübarizə müstəvisində hüquq-mühafizə və cinayət təqibi orqanlarına etibarlı tərəf müqabili kimi çıxış edərək, qanunçuluğun qorunması sahəsində görükən işlərə gərəkən informasiya dəstəyi verir. Bu nöqteyi-nəzərdən, redaksiya ilə hüquq-mühafizə orqanları arasında məktub dövriyyəsi də çox olur. Təbii və anlaşılandır ki, işgüzar yazşmaların çoxluğu kargüzarlığın da zəhmət yükünü müvafiq olaraq artırır, məktubların tarixinin və sayının qeydiyyatında yanlışlıqlara yol verilməsi ehtimalı da yüksəlir. Belə yanlışlıqlardan heç bir qurum, eləcə də qəzet redaksiyası sığortalanmamışdır. "Korrupsiya və Qanun" qəzeti 09 iyul 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinə 0503 saylı məktub yollamışdı. Həmin məktuba DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli 007-7155-1219 saylı cavab məktubunda bildirilmişdir ki, müraciətimizdə qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılması üçün ərazi aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Məktubda həmçinin vəd olunur ki, nəticə barədə redaksiyaya məlumat veriləcəkdir. BMCMİ 31 iyul 2019-cu il tarixdə 007-7233-1219 saylı növbəti məktubu ilə redaksiyamıza belə cavab yazıb:"...Müraciətinizdə göstərilən məsələ mülki xarakterli olduğundan və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə icraaatı qaydasında məhkəmələr tərəfindən baxılmalı olmasını nəzərə alaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ sizə izah olunur". Təbii ki, ilk ağlımıza gələn versiya bizi təəccübləndirdi: Belə çıxırdı ki, Abşeron polisi çox operativ şəkildə və olduqca qısa zaman kəsiyində işin bütün xüsusatlarını tam, obyektiv və hərtərəfli araşdırıb, nəticə barədə BMCMİ-nə rəsmi cavab verib, BMCMİ də öz növbəsində təcili surətdə redaksiyanı məlumatlandırıb. Bunun iki günə yerinə yetirilməsinin mümkünlüyü redaksiyamızda şübhə doğurduğundan, "Korrupsiya və Qanun" qəzetinin internet səhifəsi olan "korrupsiya-q.az" saytında 23.08.2019-cu il tarixdə "BMCQMBİ qəzetə iki gündə iki fərqli cavab məktubu yazdı - Polis pullu işlərin araşdırılmasında operativliyi artırıb?" sərlövhəli məqalə dərc etdik. Ancaq az sonra BMCQMBİ məktublar şöbəsinin əməkdaşları ilə birgə apardığımız dəqiqləşdirmə işinin nəticəsində aydın oldu ki, hazırladığımız "BMCQMBİ qəzetə iki gündə iki fərqli cavab məktubu yazdı" başlıqlı məqalədə tərəfimizdən vicdanlı yanlışlığa yol verilmişdir. Məlum olmuşdur ki, redaksiyamızdan İdarəyə son aylarda bir neçə fərqli məsələ ilə əlaqədar sorğu göndərilmişdir. Adresatdan aldığımız son iki cavab məktubunun tərtibat və çatdırılma tarixləri təqvimin qonşu günlərinə təsadüf etdiyindən, onları yanlış olaraq məhz bir məsələyə (sonuncu olana) bildirilən fərqli münasibətlər kimi qəbul etmişik. Yanılmağımıza səbəb həm də o olmuşdur ki, BMCQMBİ birinci cavab məktubunda məhz hansı məktubumuzu cavabladığını səhih (tarixi və nömrəsi ilə) göstərmiş, İdarənin ikinci cavab məktubunda isə bu detal nəzərdən qaçırılmış, yəni, cavablanan məktubumuzun tarixi və nömrəsi göstərilməmişdir. Yol verdiyimiz vicdanlı yanlışlığa görə, BMCQMBİ rəhbərliyindən və oxuculardan üzr istəyirik.

Korupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı