Azərbaycan İdeyası

Gəncədə vəziyyət gərginləşdi - Həbs edilənlər var

Tarix:9-08-2016, 10:42
Baxış Sayı:974

Gəncədə vəziyyət gərginləşdi - Həbs edilənlər var
"Gəncə şəhərində yeni parkın tikintisi ilə əlaqədar, plana düşən evlərin sakinləri ilə şəhər rəhbərliyi arasında gərginlik yaşanır".

Bu barədə məlumatı Qaynarinfo.Az-a sakinlər verib. Sakinlər bildirir ki, heç bir təzminat ödənmədən onların kirəyə çıxmasını tələb edirlər.

Qaynarinfo.Az-la əlaqə saxlayan Gəncə şəhər Həsən Əliyev küçəsində yaşayan Ramilə Abdullayeva bildirib ki onlara qarşı olan polis təzyiqi davam edir.

Ramilə Abdullayevanın sözlərinə görə, polislər qonşuların gözü qabağında onun həyat yoldaşını sürüyə-sürüyə idarəyə aparıblar:"Polislərin fiziki təzyiqi nəticəsində yoldaşımın qolu qırıldı. Polis təzyiq edir ki, evimizin sökülmə aktına qol çəkək. O sənəddə də göstərilib ki "evi sizə verib kirəyə çıxmağa razıyam".

Yoldaşım Abdullayev İlqar hazırda polis bölməsindədir. Polislər qeyri-etik ifadələrlə oğlumu da hədəliyib. Bildiriblər ki oğlunuzun başına oyun açacıyıq".

Şikayətçi bildirir ki, polislərin bu cür davranışına icra hakimiyyətindən göstəriş verilib. Gəncə Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istəsək də bu baş tutmadı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO