Azərbaycan İdeyası

“Bakcell” oğru adı qazanıb: şirkətin daha bir qarəti üzə çıxdı - ÖZƏL

Tarix:11-01-2017, 10:29
Baxış Sayı:333

 “Bakcell” oğru adı qazanıb: şirkətin daha bir qarəti üzə çıxdı - ÖZƏL

“Bakcell” mobil operatordan şikayətlər davam edir Mobil operatorların istehlakçı hüququnu pozması barədə redaksiyamıza çoxsaylı müraciətlər olur
Korrupsiya və Qanun saytı Politika.Az-a istinadən xəbərinə görə, sonuncu iki şikayət “Bakcell” mobil operatoru ilə bağlıdır.
Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir.
Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanda yaşayan Salehova Nəcibə tərəfindən bildirir ki, təxminən 3 ay olar, yəni 2016-cı ilin oktyabr ayından Bakcell şirkəti tərəfindən gecələr balansından 0.10 AZN, 0.07 AZN, 0.39 AZN pul çıxılır, daha doğrusu oğurlanır:
“Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranında balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir.
Artıq 2 dəfə Bakcellə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qisaca məni “yola veriblər”.
Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm. 1 dəfə isə səhvlərini boyunlarına alıb, səhvən çıxıldığını bildiriblər, 1 həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildiriblər”.
vətəndaş şirkətin oğurluğunu açıqlayıb: “Artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN kontur işlətmişdim. Və bu problemi yaşayandan bəri dəfələrlə, 5595-ə STOP yazıb göndərmişəm.
Əgər xəbərim olmadan Bakcell və ya Bakcellə müqavilə bağlayıb, insanların cibinə girən “şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv olunsun. Lakin yenə də, mənim balansımdan kontur silinir.
Və hesablayanda ki, 3 aydan çoxdur ki, (mən fərqinə vardığım 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan Bakcell pul oğurluyur. Bu elə də az məbləğ etmir, mənim üçün.
Xahiş edirəm, bu vaxta kimi mənim balansımdan oğurlanan məbləğ mənim balansıma qaytarılsın. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məluma verilsin”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO