Azərbaycan İdeyası

Emin Leyla Əliyeva və balaca Əminədən danışdı

Tarix:25-11-2015, 13:09
Baxış Sayı:362

Emin Leyla Əliyeva və balaca Əminədən danışdı



`Biz boşandıq, amma bu o demək deyil ki, biz Leyla ilə yadlaşdıq`
Müğənni-bəstəkar Emin Rusiyanın “7days.ru” saytına müsahibə verib.
"xşam.az-ın məlumatına görə, "Korrupsiya və Qanun" saytı bildirir ki, ifaçı keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan bəhs edib: “Biz boşandıq, amma bu o demək deyil ki, biz Leyla ilə yadlaşdıq. Bizim hələ də gözəl münasibətimiz var, bu bağlılıq heç vaxt qoparıla bilməz. İlk növbədə biz valideynik, oğullarımız Əli və Mikayıl hər zaman birinci yerdədir. Rəsmi olaraq azadıq, bununla yanaşı biz Leyla, uşaqlar, babalar və nənələrlə birlikdə böyük ailəyik”.
Emin Leyla Əliyevanın övladlığa götürdüyü Əminə haqqında da danışıb: “Əminə 1 yaş beş aylıqdır. Çox balacadır. O, Leyla, babaları, nənələri, mənim əkizlərim və mənim üçün sevincdir. Evdə balaca uşağın olması möhtəşəmdir. Oğullarımın arxasınca qaçır, onların oyuncaqlarını sındırır. Onlar da Əminəyə nəsə demir, onu incitməkdən qorxurlar. Qız uşağıdır, onu qoruyurlar. Əkizlərim əsəbiləşib, şikayət edirlər: “Ata, sən buna son qoymalısan. O, bizim bütün oyuncaqlarımızı qırır. Utanmır?”. Mənsə izah edirəm: “Siz balaca olanda mənim bütün oyuncaqlarımı sındırırdınız. Mən ki, sizə qışqırmırdım. Siz də başa düşməlisiniz ki, o balacadır”.
İşlərinin çox olmasına baxmayaraq Emin tez-tez Bakıya gəlib, əkizlərini gördüyünü bildirib:
“Hər yeddi-səkkiz gündən bir Bakıya uçur, onları görürəm. Növbəti həftədə isə əkizlər mənim yanıma gəlir. Əminə gələ bilmir. Çünki o bu cür uçuşlar üçün hələ balacadır. Bir az böyüdükdən sonra Əli və Mikayılla birlikdə Moskvaya mənim yanıma gələcək”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı