Azərbaycan İdeyası

Qadını döyüb, 3 manatını və mobil telefonunu apardı (FOTO)

Tarix:18-07-2016, 22:35
Baxış Sayı:286

Qadını döyüb, 3 manatını və mobil telefonunu apardı (FOTO)
68 yaşlı qadının əl-qolunu bağlayıb, yüksək məbləğ tələb etdi, amma cəmi 3 manat və mobil telefon götürə bildi. Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı Gədəbəy sakini Elxan Pirverdiyev Telli Qarayevanın evinə girərək onu döyüb, əl-qolunu bağlayıb və pul tələb edib.

Qadın döyüldükdən sonra 3 manatının olduğunu, onu da çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən "qəhrəman" 3 manat pulu və mobil telefonu götürərək evi tərk edib. Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində hadisəni törədən Gədəbəy rayon Şaxtaxtlı kənd sakini, əvvələr məhkum olumuş Elxan Pirverdiyev saxlanılıb.

O, hadisəni törədməzdən əvvəl Tovuzda yaşayan məhbus yoldaşının evinə qonaq gəldiyini, yeyib-içdikdən sonra onun qonşusuna qarşı quldurluq etdiyini bildirib.
Qadını döyüb, 3 manatını və mobil telefonunu apardı (FOTO)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı