“İtaldizain Group”a məxsus 21 salon və butik ciddi maliyyə çətinliklərlə üzləşib


Buna səbəb dünyanın bir sıra məşhur brendlərinin satışnı həyata keçirən bu obyektlərin ciddi müştəri qıtlığı ilə üzləşməsidir. Bu barədə qaynarinfo.az-a məlumatlı mənbələrdən bilgi daxil olub.
Xatırladaq ki, “İdea”, “Creative System”, “WMF”, 2 “Villeroy & Boch” butik və salonu, “Glampire Time Pieces and Cewellery”, “Ambiance”, 5 “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Rosenthal-Christofle-Herend”, iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti, “ID Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti “İtaldizain Group” holdinqinin çətiri altında birləşib.
Holdinqin faktiki sahibi gənclər və idman naziri Azad Rəhimovdur. KİV bunu çoxdan yazır və indiyədək həmin yazılanlar təkzib edilməyib.