Azərbaycan İdeyası

“Hafka”nın 30 şirkəti bağlandı

Tarix:13-10-2016, 11:01
Baxış Sayı:8 719

“Hafka”nın 30 şirkəti bağlandı
Azərbaycanda yenidən təşkil olunaraq ləğv edilən 30 şirkətin bəzisi bu və ya digər şəkildə daşımaçılıq və biznesin başqa sahələrində tanınan, ancaq son vaxtlar biznesin qürub dövrünə qədəm qoyan Hafiz Məmmədova bağlıdır. Criminal.az saytı xəbər verir ki, AzadlıqRadiosu şirkətlərlə bağlı Vergilər Nazirliyinin yönəltdiyi məlumat bazasındakı bilgiləri təhlil edərək bu qənaətə gəlib. Oktyabrın 12-də 31 şirkət ortaq qərarını açıqlayıb.

Qərara görə, onların 30-u bir şirkətə – «Ram-Nur» MMC-yə qoşularaq ləğv olunurlar. Bunların arasında işadamı Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupunun ən azı iki üzvü – «Elit Catering Company» və «Candy Baku» MMC-lər də var. KSM Şirkətlər Qrupunun korporativ saytı bağlanmazdan öncə, qrup bu şirkətləri öz strukturunda təqdim edib. «Candy Baku» MMC-nin təsisçisi və direktoru olan Eldar Rasim oğlu İsmixanov KSM Şirkətlər Qrupunun başqa bir üzvünə – «KSM Property» MMC-yə rəhbərlik edir.

Onun atası Allahverdi isə qrupun digər şirkətinin – «BQ-Trans» MMC-nin direktorudur. Ləğv olunan şirkətlərin böyük əksəriyyəti, o cümlədən onların qoşulduğu «Ram-Nur» MMC də Hafiz Məmmədovun sahibi olduğu «Baghlan Group» FZCO (Birləşmiş Ərəb Əmirliklərində – BƏƏ-dir) şirkətinin Azərbaycandakı nümayəndəliyinin yerləşdiyi ünvanda – Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24 nömrəli binada qeydiyyatdadır. Yaxud «A-Trade» MMC isə Hafiz Məmmədovun BƏƏ-də yaratdığı «Baghlan Group»un Bakıdakı filialının başqa bir ünvanında – Şəmsi Rəhimov küçəsi, ev 45-də dövlət qeydiyyata alınıb.

Rəsmi məlumata görə, onun yeganə təsisçisi Fəxrəddin Səlimovdur. «A-Trade» MMC-nin direktoru Ramin Mehdiyevin qardaşı Kamal Mehdiyev «Bakı» peşəkar idman klubunun direktorudur. İş dünyasında həm də «Hafka» kimi tanınan Hafiz Məmmədov bu klubun prezidentidir. Ləğv olunan şirkətlərin böyük bir hissəsi 2008-2012-ci illərdə – kommersiya qurumlarının təsisçiləri haqda məlumatların ictimaiyyətə açıq olduğu dövrdə qurulub. Həmin məlumatlardan onları ayrı-ayrı şəxslərin yaratdığı üzə çıxır.

Otuz şirkəti öz içində əridən «Ram-Nur» MMC haqqında isə ictimaiyyətə, demək olar, heç nə məlum deyil. 2012-ci ilin avqustunda yaradılan şirkətin, elə digər 30 şirkətin də çoxunun nə işlə məşğul olduğu bilinmir. Ötən ilədək «Elit Catering Company» və «Candy Baku» MMC-lər qida sektorunda çalışıb. KSM Şirkətlər Qrupu bəyan edirdi ki, «qrupa onlarla şirkət daxildir».

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur