Azərbaycan İdeyası

“Banditizm”ə saxta sənədlər göndərmişdi ki, guya adam oğurluğu ilə məşğul olmuşam...”

Tarix:27-03-2017, 12:07
Baxış Sayı:603

 “Banditizm”ə saxta sənədlər göndərmişdi ki, guya adam oğurluğu ilə məşğul olmuşam...”


Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi 2016-cı ilin dekabrın 3-də rəsmi məlumat yayaraq “Gündəlik Bakı” qəzetinin baş redaktoru və təsisçisi Habil Vəliyevin həbsinə aydınlıq gətirərək bildirmişdi ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir:
“Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru H. Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hansı ki, dekabrın 3-də DTX “reket” mətbuatın digər nümayəndəsi “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs etmişdi. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunurlar”.
Dəstə başçısı Habil Vəliyevin şantaj etdiyi çoxsaylı şəxslər arasında “Təzadlar”ın baş redaktoru Asif Mərzili də olub. Bu barədə ətraflı danışmaq istəməsə də, baş redaktor bəzi suallarımıza cavab verdi:
- Habil Vəliyev təxminən iki il mənim və rəhbəri olduğum qəzet haqqında müntəzəm olaraq əsassız təhqir, böhtan və şantaj yazılar dərc etmişdir. Təkcə bir neçə ay ərzində adı çəkilən qəzetdə 50-yə yaxın belə məqalələr dərc olunmuşdu. Həmin məqalələrlə bağlı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verdim, lakin məhkəmə Habil Vəliyevin müdafiəsində dayandı və şikayəti əsassız sayaraq rədd etdi. Bakı Apellyasiya Məhkəməsi də eyni qaydada qərar qəbul edərək Habil Vəliyevi müdafiə etdi... Bundan qururlanan və ruhlanan Habil Vəliyev dəstəkçilərinin gücünə arxalanaraq şantaj yazılarında həddi aşmağa başladı...

- Bəs “günahınız” nə idi?

- “Günahımız” onda idi ki, qəzetdə Sabirabad rayon sakini R.Ağayev adlı şəxsin Novxanıda məskunlaşdığı və M.İbrahimov adlı şəxsə məxsus bağ evinə basqın edilməsi barədə şikayət ərizəsi dərc olunmuşdu. Araşdırıldı və Abşeron RPŞ-nin rəis müavini əməkdaşımıza hadisə barədə rəsmi məlumat verdi, sahə inspektoru, şikayətçinin ailə üzvləri və qonşular danışdılar... Sonradan məlum oldu ki, basqın edən Habil Vəliyev imiş... Bundan bir-iki ay sonra redaksiyaya vətəndaş M.İbrahimov tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bir inzibati iş üzrə qərarı daxil oldu... Biz həmin qərarı dərc etdik. Qərardan məlum olurdu ki, Habil Vəliyev, sən demə, basqın etdiyi həmin o bağ evini özününkü hesab edib və RPŞ-də basqınla bağlı barəsində cinayət işi açılacağından ehtiyat edərək dərhal Əmlak Komitəsinin Ərazi İdarəsini məhkəməyə verib ki, guya həmin bağın ona məxsus olması haqqında qərar şıxarılsın. Lakin məhkəmə şikayəti rədd etmişdir. Qərarda Habil Vəliyevin izahatı əks olunmuşdu. Oxuyanda şoka düşdük. H.Vəliyevin izahatından məlum olurdu ki, mübahisələndirilən hansısa naməlum 0,33 sot torpaq sahəsini Novxanı kənd sakini “Bakı Mərkəzi Bazar”ın sahibi, Habil Vəliyevin yaxın dostu olan Vaqif Şıxəliyevə satıb, V.Şıxəliyev isə sonradan Daşkəsən RİH başçısı Əhəd Abiyevə... Amma maraqlıdır ki, Ə.Abiyev 20 gün sonra isə həmin torpağı Habil Vəliyevə satır. Bunlar məhkəmə qərarında əks olunub. Və ən maraqlısı, məlum olurdu ki, saxta iddia ilə məhkəməyə verilən M.İbrahimov V.Şıxəliyevlə mülk üstündə münaqişədədir, sonuncunun ziyanına bir neçə məhkəmə qərarları vardır. Və bundan sonra Habil Vəliyev məlum ünvandan aldığı sifariş əsasında məni və rəhbəri olduğum qəzeti şantaj edən silsilə yazılar dərc etməyə başladı. Yazırdı ki, guya mənim Şamaxıda qoyun sürülərim, 4-5 villam, yüz hektarlarla torpaq sahələrim, Ağdamın Mərzili kəndində (kənd 25 ildir işğal altındadır) fermalarım... var. Bununla kifayətlənməyən Vəliyev başqa şantajlara və təhqirlərə keçdi. Əslində isə bu yzıların çoxunu həm də Habil Vəliyevin ABU-nu bitirmiş bacısı oğlu və qəzetin redaktoru Pərvin Mahmudov yazırdı. Habil Vəliyev və Pərvin Mahmudov qəzetin hər nömrəsində yazırdılar ki, “Asif Mərzili, ağlını başına yığ, biz deyəni elə, onsuz da tezliklə qarşımızda diz çökəcəksən” və sair. Mən artıq bu şantajçılara baş qoşmaq istəmirdim, onların məqsədi və istəyi bəlli idi. Habil Vəliyev açıqca yazırdı ki, biz niyə onun yaxın dostu Vaqif Şıxəliyevdən, Əhəd Abiyevdən (Ə.Abiyev barədə Gəncəli qocaman fermer Akif Rzayevin şikayətini dərc etmişdik) niyə yazırıq? Deməli, sifarişin mənbəyi bəlli idi... Günlərin birində isə məni DİN-nin “Banditizm”ə qarşı mübarizə idarəsinə çağırdılar ki, Habil Vəliyev sizdən şikayət edib, DVD disklər təqdim edib... Müstəntiq onun ərizəsini oxuyanda gülməkdən özünü güclə saxladı. H.Vəliyev şantaj xarakterli şikayətində yazırdı ki, guya mən Akif Çovdarovla, Hacı Məmmədovla birləşib adam oğurluğu ilə məşğul olmuşam, “omon” hadisələri zamanı guya məni Mahir Cavadovun evindən həbs edib aparıblar və sair şantajlar... Səhəri gün işə gələndə gördüm ki, redaksiyanın qapısının arasına bir “zapiska” yerləşdirilib. Düşündüm ki, yəqin kimsə məni axtarıb, gəlib tapmayıb nəsə yazıb qoyub gedib. “Zapiska”nı stolun üstünə atdım və işimlə məşğul oldum. Bir neçə saat sonra açıb baxdım, gördüm ki, kimsə l xətti ilə təxminən belə yazıb ki, “Tezliklə diz çökəcəksən, gəl öz xoşunla düş tasa...”. Dərhal başa düşdüm ki, Habil Vəliyevin tez-tez barəmdə yazdığı hədələrin eynidir. Sonradan, iyunun 22-də isə Habil Vəliyevin bacısı oğlu, “Gündəlik Bakı”nın redaktoru Pərvin Mahmudov mənim FB səhifəmə hədələyici və təhdidedici, təhqiramiz mesajlar yazmışdı... Təbii ki, su çanağı suda da sınmalı idi, 4-5 ay sonra məni diz çökməyə “dəvət edən” Habil Vəliyev qanun qarşısında diz çökdü və şantajlarının qurbanı oldu... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO