Azərbaycan İdeyası

"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da" - İDDİA

Tarix:10-03-2017, 12:09
Baxış Sayı:627

"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da" - İDDİA

"Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə ş. 4 saylı orta məktəbin yanında tikdirdiyi villası "hökumət iqamətgahı", "qonaq evi" kimi qələmə verilsə də, əslində bunun belə olmadığı hər kəsə bəllidir". Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.
Məlumatı redaksiyamıza çatdıran mənbə bildirir ki, əslində Elmar Vəliyevin şəxsi mülki olan həmin villa sonradan yaxınlıqda yerləşən və sökülən hərbi hospitalın həyətinə birləşdirilərək əsl malikanə halını alıb. Qaynaq dia.az-a yazır: "Villa və malikanə aludəçiliyi ilə seçilən Elmar Vəliyevin Gəncənin mərkəzində bu ölçülərdə villanı hansı pulla tikdirməyini sual verməyə ehtiyac yoxdur. Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da".
Daha sonra qaynaq dia.az-a yazır: "Bu villa, şəhərin büdcə təşkilatlarından yığılan qeyri-rəsmi haqq, xərac hesabına və müxtəlif sxemlərlə iş adamlarından qanunsuz yığımlar hesabına başa gəlib".
Qeyd edək ki, Elmar Vəliyevin villası ilə bağlı bu günlərdə də yerli KİV-lərdə ilginc iddialar səsələnmişdi. Deyilirdi ki, vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "gözə” gələcəyindən narahat olub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, belə ki, icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında "göz muncuğu” asdırıb.
E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar.
Çünki onun yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil. Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib.
Dia.az olaraq başçının villasından həmin görüntüləri təqdim edirik:"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da" - İDDİA
"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da" - İDDİA

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur