Azərbaycan İdeyası

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Tarix:5-04-2017, 16:16
Baxış Sayı:322



 Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı
Cəlilabad rayon Sərhədabad kənd sakini Aybəniz Əmirova 24 ildir ki müəllim işləyir, amma bir müddət əvvəl ona diplomunun etibarsız olduğu deyilib.
1992-ci ildə Neftçala Qızlar Kollecinin Cəlilabad filialında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan müəllim sözügedən təhsil müəssisəsini bitirdikdən bu günə kimi rayonun Sərhədabad kəndindəki orta məktəbdə müəllim kimi çalışır.
Müəllim deyir ki, bir neçə gün əvvəl məktəb rəhbərliyi tərəfindən ona bildirilib ki, təhsil aldığı kollecdən aldığı diplom Təhsil Nazirliyi tərəfindən etibarsız sayıldığı üçün o, yaxın vaxtlarda işdən azad olunacaq. Bu vaxta kimi isə Aybəniz Əmirova Müəlllimləri Təkmilləşdirmə İnstitutunda təhsil kurslarında, kurrikulum kurslarında, eləcə də müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak etsə də, ona diplumunun etibarsız olması ilə bağlı hər hansı məlumat verilməyib.
Hazırda mövcud porblemlə bağlı adıçəkilən kollecin məzunu olmuş 100-dən çox müəllim qarşılaşıb. 2001-ci ildə bu təhsil işçilərinin diplomları etibarsız sayıldığından bir müddət işdən kənarlaşdırılmışdılar. Lakin sonradan məhkəmə qərarı ilə onlar işə bərpa olunub.
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirildi ki, Təhsil Nazirliyindən Aybəniz Əmirova, eləcə də onunla eyni yerdə təhsil almış şəxslərin diplomlarının dövlət nümünəli hesab olunmaması ilə bağlı sorğu gəlib. İndi həmin müəllimlər nazirliyə müraciət etməlidirlər.(Xezerxeber.az)
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO