Azərbaycan İdeyası

Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi - Yerevanda

Tarix:2-10-2017, 16:09
Baxış Sayı:735


 Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi - Yerevanda

Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, Yerevanda xəstəxanaya yerləşdirilib.
Bu barədə Şahbaz Quliyevin qohumu məlumat verib.
O bildirib ki, onlara verilən məlumata görə, Ş.Quliyev bundan sonra bir ay müddətində Yerevanda xəstəxanada saxlanılacaq: "Bizə Şahbaz Quliyevin danışığı olan video görüntü gətirdilər. O, həmin görüntüdə bildirir ki, ödündən əməliyyat olunub, əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb və bir aydan sonra xəstəxanaya yerləşdirilib".
Qohumunun sözlərinə görə, videodan Ş.Quliyevin səhhətinin çox ağır olduğu aydın sezilir: "Şahbaz deyir ki, həzm sistemində ciddi problem var, nə yemək yeyə bilir, nə də yediyi yeməyi normal həzm edə bilir”.
Xatırladaq ki, Ş.Quliyev erməni girovluğunda olduğu müddətdə üçüncü dəfədir ailəsinə videogörüntü təqdim olunur.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib.
Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.(Report)

OXŞAR XƏBƏRLƏR
Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb
Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir
7 gün TƏTİL olacaq - RƏSMİ
7 gün TƏTİL olacaq - RƏSMİ
İlham Əliyev Qarabağın qurulmasına kömək edən ilk prezidentin adını AÇIQLADI
İlham Əliyev Qarabağın qurulmasına kömək edən ilk prezidentin adını AÇIQLADI
Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub + YENİLƏNİB
Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub + YENİLƏNİB
Prezidentdən yeni icra başçılarına xəbərdarlıq: Əks təqdirdə lazımi ölçülər götürüləcək
Prezidentdən yeni icra başçılarına xəbərdarlıq: Əks təqdirdə lazımi ölçülər götürüləcək
Prezidentin icra başçıları ilə görüşünün VİDEOSU
Prezidentin icra başçıları ilə görüşünün VİDEOSU
Siqaret istifadəçilərinə bəd xəbər: Yeni ildən etibarən dəyişiklik olacaq
Siqaret istifadəçilərinə bəd xəbər: Yeni ildən etibarən dəyişiklik olacaq