Azərbaycan İdeyası

Eldar Mahmudov məhkəməyə çağırıldı

Tarix:2-10-2017, 17:08
Baxış Sayı:614


 Eldar Mahmudov məhkəməyə çağırıldı
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Korrupsiya-q.az APA-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayev çıxış edib. Bildirib ki, E. Quliyev ifadəsində zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: "MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır".
M. Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M. Mustayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: "Əgər belədirsə niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər?"
Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq. Daha sonra Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi bildirilən Ələkbər adlı şəxs çıxış edib: "Elçin Quliyev Azərbaycan generalı olub. Onun torpaq alverçisi Kamil Şükürovla nə əlaqəsi ola bilər?" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO