Azərbaycan İdeyası

"Qardaşım generalın əlindən intihar etdi" - Məhkəmədə qalmaqal - YENİLƏNİB

Tarix:4-08-2017, 12:44
Baxış Sayı:626

 "Qardaşım generalın əlindən intihar etdi" - Məhkəmədə qalmaqal - YENİLƏNİB

Korrupsiya və Qanun saytı report-a istinadən xəbər verir ki, şahid qismində ifadə verən İradə Hümbətova bildirib ki, 17 sentyabr 2014-cü il tarixdə həyat yoldaşı ilə birlikdə işdən qayıdan zaman 18:30-da yaşadığı küçənin qara paltarlılar tərəfindən bağlandığını görüb:
"Qonşulardan bunun səbəbini soruşdum. Dedilər ki, İldırım Rüstəmova məxsus 15 nömrəli evdə MTN əməkdaşları tərəfindən axtarış aparılır. Təxminən bir saatdan sonra qara paltarlılar getdilər, küçə boşaldı. Qonşular bildirdilər ki, axtarış aparanlar İldırım Rüstəmovun övladının toy əşyalarını, bağlamalarını açıb-töküblər, şoka düşmüş İldırım Rüstəmov onlardan nə axtardıqlarını soruşub.
Ona bildiriblər ki, evlərində silah-sursat saxlanıldığı barədə məlumat daxil olub. İldırım Rüstəmov evində silah olmadığını söyləyib. Məsələ burasında idi ki, mənim şəxsiyyət vəsiqəmdə olan ünvan 15 nömrə göstərilib, buna görə də onlar həmin ünvana daxil olublar. Biz evimizə daxil olduq, təxminən yarım saatdan sonra bacımgilə getmək istədik. Həyat yoldaşım qarajdan maşını çıxaran zaman əllərində silah olan qara paltarlılar ərimi mühasirəyə alıb, həyətə daxil oldular. Onlar 15-16 nəfər idilər. Həmin şəxslərdən ikisi hasardan aşıb qaynım Tahir Hümbətovun həyətinə daxil oldular.
Onun iki azyaşlı övladının qorxusundan çıxırtısını qonşular eşitdilər. Onlar qaynımın evində olan əşyaları ortalığa tulladılar qarmaqarışlıq yaratdılar. Qaynım evdə olmadığı üçün telefonla ona xəbər verdik. O, təcili evə gəldi. Axtarışı iki qrup aparırdı. Birinə sonradan adını bildiyimiz Elşən Murtuzov, digərinə isə Samir Əliyev adlı müstəntiqlər rəhbərlik edirdi. Biz axtarışda müstəntiqin, hal şahidlərinin və çəkiliş aparanın olmasını tələb etsək də, daha 7-8 nəfər otağa daxil olaraq axtarışa müdaxilə edirdilər. Mən qardaşım Mətləbin yaşadığı mənzilə tapança qoyulduğunu bildiyim üçün evimə kamera çəkən və axtarışda adı keçənlərin mənzilmə gəlməsini tələb etdim.
Daha sonra "Quranı Kərim" kitabını götürdüm. Evimə silah və narkotik vasitə keçirən şəxsin "Qurani Kərim" kitabının üstündən keçməsini, özümə xəsarət yetirəcəyimlə bağlı onlara xəbərdarlıq etdim. Otağa keçəndə ərim onlardan məhkəmə qərarını tələb etdi. Müstəntiq qərarı göstərdi. Ona baxanda bildik ki, mənim və qaynımın evində silah və sursat saxlanılması sübut olunduğu yazılmışdı. Onlar axtarışa başladılar. Evin əşyalarını, avadanlıqlarını izah etmədən dağıtdılar, guya axtarış apardılar. Əslində bizə və qardaşlarıma təzyiq etmək üçün bunu edirdilər. Guya, qardaşıma aid flaş-kart, sənədlər axtarırdılar".
"Qardaşım Malik Mustafayevin intihar etməsinə inanmıram", - İ.Hümbətova əlavə edib.
Daha sonra E.Quliyev bildirib ki, Malik və Mətləb Mustafayevlərin epizodu üzrə heç bir günahı yoxdur: "Malik Mustafayevin intihar etməsinə qardaşı Mətləb Mustafayevin məsuliyyətsiz olmasıdır. Malik Mustafayev peşəkar işçi olub, onunla münasibətlərimiz yaxşı idi. Sonuncu dəfə Malik Mustafayevlə xidməti otağımda görüşmüşük. Həmin zaman onun mənə dediklərini qapalı iclasda deyəcəm".
E.Quliyev söyləyib ki, axtarışı Antiterror Mərkəzi aparmayıb.
Mətləb Mustafayev isə bildirib ki, Antiterror Mərkəzinin əməkdaşları Ramin Əliyev, İsmayıl Ənsərli, Samir Bayramov axtarışda iştirak ediblər. Həmin şəxslərin axtarışda nə işlərinin olması barədə suala E.Quliyev susaraq cavab verməyib.
Məhkəmənin növbəti prosesi avqustun 18-nə təyin edilib.

----------

12:03

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Korrupiya və Qanun saytı Lent.az-ın məlumatına əsasən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Mətləb Mustafayev çıxış edib. O, evində və bacısı İradə Hümbətovanın evində axtarış aparılmasını qanunsuz olduğunu və intihar edən MTN polkovniki olan qardaşının Elçin Quliyevin əlindən intihar etdiyini deyib.
Bu zaman Elçin Quliyev və zərərçəkən arasında mübahisə yaranıb.
Elçin Quliyev zərərçəkənə barmağını ona tərəf uzatmaması ilə bağlı irad bildirib və onu təhqir edib.
Hakim hər iki tərəfə xəbərdarlıq edib.
Həmçinin hakim Elbəyi Allahverdiyev və zərərçəkən Mətləb Mustafayevin dediklərinin protokollaşmasını istəyib.
Elçin Quliyev qısa ifadə verərək Malik Mustafayevin intiharı ilə heç bir əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

----------

11:40

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Korrupsiya və Qanun saytı APA-ya istinadən xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş Mətləb Mustafayevin bacısı İradə Hümbətova ifadə verib. O, MTN əməkdaşlarının mənzillərində axtarış apardıqlarını, bütün evi dağıtdıqlarını, lakin heç nə tapmadıqlarını deyib.
Mətləb Mustafayev isə deyib ki, həmin axtarış qanunsuz keçirilib. O, Elçin Quliyevi günahlandırıb və onlar arasında mübahisə düşüb. Hakim M.Mustafayevin hərəkətlərinin aktlaşdırılacağını və hüquqi qiymət veriləcəyini deyib.

Proses davam edir.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."