Azərbaycan İdeyası

Göstərişi İlqar Əliyev verib: “MTN işi”

Tarix:28-09-2017, 16:42
Baxış Sayı:556

  Göstərişi İlqar Əliyev verib: “MTN işi”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə iki şahid ifadə verib.
Şahid ifadəsi verən MTN-nin keçmiş əməkdaşı, mayor Mübariz Hüseynov bildirib ki, ilk xidməti yeri MTN-in 8-ci şöbəsi olub: “2004-cü ildə nazirliyin Antiterror Mərkəzinə əməliyyat müvəkkili təyin olunmuşam, 2015-ci ilin dekabr ayında isə MTN-dən təqaüdə çıxışam. Mərhum Malik Mustafayevi nazirliyin əməkdaşı kimi qiyabi tanımışam. Mərhumun intiharını hadisədən bir müddət sonra nazirlikdəki əməkdaşlardan eşitmişəm. Bu barədə mətbuatdan da oxumuşam. Malik Mustafayev ləğv olunmuş MTN-in Situasiya Mərkəzində rəis müavini olub”.
Şahidin sözlərinə görə, Antiterror Mərkəzində işləyən zaman gündəlik ictimai-siyasi vəziyyət barədə arayış tərtib edib və bu zəmində Malik Mustafayevin intiharı barədə məlumatlı olub, intihar etmə səbəbi kimi qardaşı Mətləb Mustafayevin həbs olunmasının ona pis təsir etməsini fikirləşib: “Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Mətləb Mustafayevlə o, həbs olunan zaman MTN-in İstintaq baş idarəsində xüsusi otaqda görüşmüşəm. Görüş barədə mənə Mərkəzin rəis müavini İlqar Əliyev göstəriş verib. İlqar Əliyev mənə Mətləb Mustafayevin İran vətəndaşları Rza və Hüseynlə əlaqəsi barədə danışıb.
Rza və Hüseyn adlı şəxslərin silah qaçaqmalçılığında adları keçib, axtarışda olublar. Mətləb Mustafayev isə əməliyyat məlumatına əsasən həmin şəxslərdən silah əldə etmədə şübhəli olub. İstintaq Baş İdarəsində Mətləb Mustafayev barəsində silah saxladığına görə cinayət işi istintaq olunub. Mətləb Mustafayevlə təxminən 3 dəfə görüşmüşəm. Həmin görüşün sonuncusu isə Antiterror Mərkəzində olub”.
Mətləb Mustafayev isə deyib ki, MTN-də Mübariz Hüseynovla 6 dəfə görüşüb. Mübariz Hüseynov yenə də 5 və ya 4 dəfə görüşdüyünü deyib. O, qeyd edib ki, bütün görüşləri İlqar Əliyevin göstərişi ilə keçirib.
Daha sonra bu epizod üzrə hal şahidi Eşqin Xəlilov ifadə verib. O da ibtidai istintaqa verdiyi ifadəsini təqsdiqləyib.
Binəqədi Rayon Məhkəməsinin icra məmuru Səbuhi Əhmədzadə iş adamı Yalçın Abdullayev epizodu üzrə ifadə verib. O deyib ki, Yalçın Abdullayevə məxsus avtomobili dayanacağa yerləşdirib və sonra dayanacaqdan avtomobili kimin götürdüyünü bilməyib.
Elçin Quliyev ittiham aktı üzrə keçən işin yekunlaşdırılmasını, çıxışlara başlanmasını təklif edib. Mətləb Mustafayev istintaqın yekunlaşmasına etirazını bildirib. Deyib ki, epizod üzrə bütün şahidlərin dindirilməsi təmin olunmalıdır. Hakim də məhkəmə istintaqının yekunlaşdırılmasının tərəfdarı olub. Bildirib ki, növbəti prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul ediləcək. Həm hakim, həm də prokuror dindirilən şahidlərlə işi yekunlaşdırmağın mümkün olduğunu deyiblər.
Mətləb Mustafayev yenə də etiraz edib. Bildirib ki, iştirak etdiyi epizod üzrə bütün şahidlər məhkəməyə çağırılmalıdır.
Növbəti proses oktyabrın 2-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
lalala 26 aprel 2023 12:07
  Жалоба     
Nowadays, people are asking for something good, trendy and trendy. replica watches Whether it's clothes or stylish accessories that mean a lot to contemporary culture today. rolex replica Similar is the case with stylish and impressive watches.
replicas de relojes
replicas relojes suizos
replica uhren
schweizer replica uhren
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı