Azərbaycan İdeyası

"Ailə Taksi"nin sürücülərlə depozit oyunu

Tarix:5-04-2018, 12:00
Baxış Sayı:317

Taksi xidməti firmalarının işə götürdükləri sürücülərlə depozit oyunları barədə yeni - yeni məlumatlar alırıq. Sadiq oxucularımız xatırlayarlar, bir müddət əvvəl "Salam Taksi"dən redaksiyamıza şikayət olunmuşdu. Bu dəfəki şikayət isə özünü paytaxtda ən ucuz taksi xidməti kimi təqdim edən "Ailə Taksi" (**8555) barəsindədir.
Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı kəndi Seyidli küçəsində qeydiyyatda olan Abbasov Tural Qafqaz oğlu redaksiyamıza yazdığı ərizədə bildirir ki, dostunun məsləhəti ilə *8585 taksi xidməti firmasına işə düzəlmək üçün müraciət edib. Firmada ünsiyyətdə olduğu Səbuhi adlı şəxs ondan icarəyə götürəcəyi avtomobil üçün 500 (beş yüz) manat depozit məbləği istəyib. Yazır ki, Səbuhidən əgər iş onu qane etməzsə, ödədiyi depoziti geri ala bilib-bilməyəcəyini soruşub. Səbuhi isə üç ay müddətində geri almağın mümkünlüyünü bildirib.
Sonradan Turalı həqiqətən iş qane etmədiyindən firma ilə yollarını ayırmaq qərarına gəlib. Lakin depozitə yatırdığı pulu geri ala bilmədiyindən şikayətlənir. Şirkətdən ona deyiblər ki, guya onun idarə etdiyi 90-VS-851 dövlət nömrə nişanlı firma avtomobili metronun "Nizami" stansiyası həndəvərində svetoforun qırmızı işığı yanan zaman keçərək yol hərəkəti qaydasını pozub və 60 (altmış) manat cərimə olunub. Şikayətçi yazır ki, cərimə 05.01.2018-ci il tarixdə təyin olunub, o isə maşını 28.01.2018-ci il tarixdə icarəyə götürüb. Odur ki, özünü cərimə ödəməyə borclu hesab etmir. Bundan başqa, Tural qeyd edir ki, ehtiyatsızlıq edib maşının "paduşka"sını əzib. Şirkət işçiləri həmin ehtiyat hissəsinin təmiri üçün ondan 130 (bir yüz otuz) manat istəyibər. O, təklif edib ki, özü 50 (əlli) manata düzəltdirə bilər. Şirkət isə öz mənfəəti üçün onunla razılaşmayıb.
T.Abbasov taksi şirkətində rastlaşdığı hüquqpozmaların araşdırılmasına nail olmaq üçün redaksiyamızdan kömək istəyib və məsələnin ictimailəşdirilməsini xahiş edib.
"Ailə Taksi" barədə araşdırma aparırkən şirkətin feyzbuk səhifəsində gəzintiyuə çıxdıq. Eldeniz Qasimov adlı internet istifadəçisi yazıb ki, "Şirkətdə özlərini düşünürlər, sürücünü yox. Oturublar rahat kresloda, hazır pul ciblərinə axır". Elvin Ahmedov isə yazır ki, "sürücü benzinə və "zapçasta" (ehtiyat hissəsinə) işləyir, özünə heç nə qalmır". Belə qənaətə gəldik ki, şirkətdən narazı qalan Tural kimi sürücülər az deyil.

C.Dadaşov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO