Azərbaycan İdeyası

"SALAM TAKSİ"NİN DEPOZİT OYUNU

Tarix:28-11-2017, 16:42
Baxış Sayı:649



"Salam Taxi" sizləri paytaxtın ən ucuz və keyfiyyətli xidmətindən istifadə etməyə dəvət edir!.. Artıq Salam Taxi xidməti android mobil telefonlarınızda!.. Biz milli dəyərlərimizi xidmət siyasəti halına çevirmiş bir şirkətik. Bizimlə etdiyiniz əməkdaşlıqdan məmnun qalacaqsınız... Xidmət standartlarımız: Biz əməkdaşlıq etdiyimiz hər bir sürücüyə ciddi və məsuliyyətli şəkildə nəzarət edirik... Siz bizim xidmətdən istifadə etdiyiniz zaman, getdiyiniz məsafə ərzində sizi narahat edən hər hansı sürücü özbaşınalığı və ya yüksək səslə radio dinləmələri ilə qarşılaşmazsınız. Aktiv xətdə olan hər bir sürücü əməkdaşımızın getdiyi ərazilər GSM proqramı vasitəsi ilə xəritələrdə izlənir".
Adı çəkilən şirkət internetdə özünü məhz belə reklam edir. Ancaq "Salam Taksi"nin təkcə müştəri-sərnişinlərin deyil, sürücülərin də rifahını tam nəzərə aldığını demək olmaz. Redaksiyamıza ərizə ilə müraciət etmiş Yasamal rayonu Əli bəy Hüseynzadə küçəsi - 28 ünvanda yaşayan vətəndaş İsmayılov Rüfət Telman oğlu yazır ki, "Salam Taksi" şirkətinə işə düzəlmək üçün müraciət edib. Soyadını bilmədoiyi Vüqar adlı şəxs ondan icarəyə götürəcəyi avtomobil təzə olduğu üçün 700 AZN depozit məbləği istəyib. Rüfət tələb olunan məbləği ödəyib və müqavilə üzrə avtomobili 09.06.2017-ci il tarixdən icarəyə götürüb. Yazır ki, 26.07.2017-ci il tarixədək işləyib, lakin qazancı qane etmədiyinə görə işdən çıxmağa qərar verib. İşlədiyi müddətdə maşından istifadə və istismar qaydalarına tam əməl edib. Günlük 25 manat hesabı ilə icarə haqqını ödəyib, nəqliyyat vasitəsini də tam yararlı vəziyyətdə şirkətə təhvil verib.
Lakin işdən çıxmaq qərarını şirkət rəhbərliyinə bildirəndə ona depozitə qoyduğu pulu qaytarmayacaqlarını deyiblər. Halbuki, icarəyə götürən Rüfət İsmayılovla icarəyə verən Anar Ağayev arasında bağlanılmış "sürücünün tam maddi məsuliyyətinə dair öhdəliyi barədə razılaşma"ya görə icarəyə götürülmüş avtomobil sürücü tərəfindən 4 ay müddətinə geri verildikdə depozit məbləği qaytarılmamalıdır.


Korrupsiya və Qanun


OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama