Azərbaycan İdeyası

ŞEYTAN ARABASI

Tarix:28-11-2017, 16:38
Baxış Sayı:616



Nizami polisi əvvəl kəsir, sonra qulağı sayır



Yəqin ki, oxucular "Bu şəhərdə" məzhəkəçilər qrupunun səhnələşdirdiyi belə bir epizodu xatırlayırlar: Ehtiyatlı bir şəkildə maşınların altına atılmaqla yüngülcə onlara toxunub, özünü guya xəsarət almış kimi aparan şəxs bu yolla sürücülərdən pul qoparmağı rahat qazanc mənbəyinə çevirir. Bu çirkin məşğuliyyəti ailə üzvlərinə də bəllidir və onlar tərəfindən məzəmmət edilmək əvəzinə, əksinə, normal qəbul edilir...
Həmin səhnəciyə baxanda adam fikirləşir ki, belə şeylər yalnız yumoristik novellalarda olur. Hərçənd, real həyatda da bu cür möhtəkirlərə rast gəlinir. Özləri təşəbbüs göstərməsələr də, ətrafındakılar, daha acınacaqlı hal budur ki, asayiş keşikçiləri belə "zərərçəkmişləri" şikayət etməyə sövq edirlər.
Redaksiyamıza Kürdəmir rayonunun Xırdapar kəndində qeydiyyatda olan, hazırda Bakının Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 1, ev - 6 ünvanında yaşayan Hüseynov Royal Valeh oğlunun müraciətnaməsi daxil olmuşdur. Yazır ki, 08.08.2017-ci il tarixdə təxminən saat 22:30 radələrində idarə etdiyi "Mersedes" markalı 10 XC 331 dövlət nömrə nişanlı minik avtomobili ilə metronun "Qara Qarayev" stansiyası həndəvərində, "Sevinc" kinoteatrının yaxınlığında, qaranlıq həyətdə, keçidi olmayan yerdə bir nəfər işıqfora, piyada keçidinə əhəmiyyət vermədən araba ilə qəza şəraiti yaradıb: "Mən aşağı sürətlə (saatda 40 km) hərəkət edirdim. Maşınla arabaya yüngülcə toxundum. Düşüb oğlana təklif etdim ki, həkimə ehtiyacı varsa, aparım. "Heç bir şey yoxdur" - dedi. Xəsarət almadığına əmin olandan sonra ehtiyatlı olmağı, keçiddən istifadə etməyi məsləhət gördüm, maşın sürətlə hərəkət etdiyi təqdirdə onu vura biləcəyini deyib xəbərdarlıq etdim. Onu da qeyd edim ki, yaxınlıqdakı dükanların işçiləri də bu hadisənin şahidi olublar. Sonra oğlan mənə yaxınlaşıb arabanın təmiri üçün pul tələb etdi. Mən də ona 20 manat verdim, arabasını sürüb getdi".
Amma üstündən bir həftə keçmiş hadisənin xəbəri çıxıb: 13.08.2017-ci il tarixdə saat 16-17 radələrində üç nəfər polis əməkdaşı Royalın yaşadığı yerə gəlib, biri onun öz maşınında əyləşib, digər ikisi də xidməti maşınla müşayiət edərək onu Nizami RPİ-nin 25-ci PB-nə aparıblar. Yazır ki, apararkən hətta əvvəlcə qoluna qandal da vurmağa cəhd ediblər, sonra nə düşünüblərsə bu fikirlərindən daşınıblar.
"Bölmədə izahatımı alıb buraxdılar. "Narahat olma. Burda nə var ki?" - dedilər. Anam mənim polisə aparıldığımı eşidib bölməyə gəlmişdi. Onu bölmədə Niyaməddin adlı polis əməkdaşı və özünü təhqiqatçı kimi təqdim edən Samir adlı şəxs qarşıladılar, məni isə bayıra çıxartdılar. Çox keçmədən anam çölə çıxaraq Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurdu, ondan 2000 (iki min) manat rüşvət istənildiyi barədə məlumat verdi. Bundan sonra Samir öz maşınına əyləşib arabaçının ardınca getdi və tələsik onun anasını PB-yə gətirdi. İzahatını alıb yenə də öz maşını ilə evinə apardı..."
Royal yazır ki, arabaçının telefon nömrəsini dükançılardan öyrənib görüşmək istəyib. 14.08.2017-ci il tarixdə "Sevinc" kinoteatrının yanında onların anaları görüşüblər. Anası qadından şikayətini geri götürməyi xahiş edib. Soruşub ki, oğlu heç bir xəsarət almayıb, xəstəxanaya düşməyib, əməliyyat olunmayıb, şikayətə nə ehtiyac vardı. Arabaçının anası isə ona polisdə tələb olunduğu qədər, yəni iki min manat pul ödənilməyincə şikayəti geri götürməyəcəyini deyib.
Diqqətiçəkəndir ki, PB-nin əməkdaşları hələ şikayət ərizəsini almamış, rəsmiləşdirməmiş Royalı saxlayıblar. Hansısa maraq naminə polis təhqiqatçısı öz hesabına benzin yandırıb, "zərərçəkmiş"in evinə iki dəfə maşın sürüb. Və nəyəsə görə arabaçının şəxsən özündən deyil, məhz hadisə şahidi olmayan anasından izahat alıb. Aşkar göründüyü kimi, bu halda polis bir sıra qanun pozuntusuna yol verib, sanki sözügedən iki min manata şərikmiş kimi canfəşanlıq edib.

Mövzuya qayıdacağıq.

C.Dadaşov

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026