Azərbaycan İdeyası

BORCU BATIRMAQ ÜÇÜN BORC YİYƏSİNİ ZƏHƏRLƏDİLƏR

Tarix:5-04-2018, 12:09
Baxış Sayı:261

Lerik rayonunun Dabradib kənd sakini Rzayev Mübariz Şirməmməd oğlu redaksiyamıza müraciət edərək, ona borclu olan iş yoldaşının borcu batırmaq məqsədilə onu qəsdən öldürməyə cəhd etdiyini bildirmişdir: "20.11.2016-cı il tarixdə biy yerdə işlədiyim şəxs - Xıdıyev Nizami Cəbrayıl oğlu məni şam yeməyi üçün öz evinə dəvət etdi. Bu dəvəti səmimi yoldaşlıqdan və birgə iş fəaliyyətimizdən dolayı olduğunu sanaraq qəbul etdim. Sən demə, mənə olunan bu "hörmət" həyatım bahasına başa gələcəkmiş. Nizami və həyat yoldaşı Əfsanə xanım aramızda olan şərikli pul və Nizaminin mənə olan borcunu batırmaq üçün birləşərək məni öldürmək qərarına gəliblər. Bu səbəbdən də qarşıma qoyduqları yeməyə satışı qadağan olunan öldürücü gücə malik olan "tromodol" dərmanını gizli olaraq mənə qəbul etdiriblər..."
M.Rzayevin sözlərinə görə, etdiyi şikayətlərə baxmayaraq, bütün bu cinayət hadisələrinin detalları saxtalaşdırılaraq həmin şəxslərin məsuliyyətdən yayınmalarına yardım etmişlər: "Qanuni haqlarımı ala bilmədiyim üçün qanunun icrası ilə əlaqəli məmurların məni təkid etməsi ilə eyni zamanda onun vəzifəli qohumlarının bu işə müdaxiləsi ilə əlaqədar olaraq iş öz həllini tapmamışdır".
Rzayev redaksiya rəhbərliyindən onun ünvanına gələrək onunla şəxsən söhbət aparmağı, işlə əlaqədar məhkəmələrdə iştirak etməyi və məsələni qəzet vasitəsilə ictimailəşdirməyi xahiş etmişdir.
Əlbəttə ki, Mübariz hüquq - mühafizə orqanlarına şikayət edəndən sonra ər-arvad Xıdıyevlər onu zəhərləməyə cəhd etdiklərini, hətta ona borclu olduqlarını belə boyunlarına almamışlar. Yerli polis və prokurorluq Xıdıyevlər barəsində toplanmış material üzrə cinayət işinin başlanılmasını rədd etmiş və M.Rzayevə pul və əmlak tələbini mülki qaydada məhkəmədə ortaya qoymağı məsləhət görmüşlər. M.Rzayevin toksikoloji-kimyəvi müayinələrini aparıb zəhərləndiyini təsdiqləyən 28 dekabr 2016-ci il tarixli məhkəmə-tibbi müayinə aktı, ekspert rəyi də nəzərə alınmamışdır. Prokurorluğun qərarında göstərilir ki, "sağlamlığa zərər vurmayan" zəhərlənmə hadisəsi müdhiş qonaqlığın baş verdiyi tarixə uyğun gəlmir. Yəni, Mübariz tramadolu dekabrın 20-də deyil, 27-də qəbul edib. Halbuki, M.Rzayev zəhərləndiyi günün ertəsi gün ak. Mirqasımov adına RKX-da rentgen müayinəsindən keçmiş, ona xroniki qastrit, meteorizm diqnozu qoyulmuş, 22 dekabrda Lənkəran RMX-da müayinədən keçərək, müqavimətinin zəiflədiyi bəlli olmuşdur.
İş materiallarından görünür ki, tərəflər arasında dəfələrlə baş verən sözlü mübahisələr, qarşılıqlı ittihamlar bütün hallarda hüquq-mühafizə orqanları tərəfindən məhz Xıdıyevlərin xeyrinə çözülmüşdür. Bundan ruhlanan N.Xıdıyev Mübarizin hətta Mübariz Rzayevin özünü və əmisi oğlunu böhtan atmaqda suçlayaraq xüsusi ittiham qaydasında məhkəməyə də vermiş, nəticədə Mübariz guya Nizamiyə böhtan atmaqla mənəvi zərər vurduğuna görə ikinciyə 500 manat pul ödəməsi və dediklərini təkzib etməsi barədə qərar çıxarılmış, lakin Müqəddəs barədə edilən şikayət əsassız olduğundan icraata qəbul edilməmişdir.
Təsəvvür edin, prokurorluqda Nizami Xıdıyevin qardaşından, qayınından ifadə alınmışdır. Onlardan öz yaxın qohumlarının əleyhinə ifadə verəcəklərini gözləmək isə sadəlövhlük olardı.
Mövzuya qayıdacağıq.

C.Dadaşov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO